Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
Tarix: 27.03.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikanın ən nüfuzlu yəhudi təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2017-ci il üçün siyasi konfransı keçirilib. Hər il keçirilən və cari ildə 19 min iştirakçını bir araya gətirən konfrans çərçivəsində martın 26-da Azərbaycan ilə İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş "Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu" mövzusunda seminar təşkil olunub.
Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov seminarda əsas natiq qismində çıxış edib.
Diplomat Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin əsrlər boyu dostluq şəraitində yaşadığını qeyd edib. Səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu bildirib. İsrailin yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana tez-tez səfərlər etdiyini xatırladan səfir sonuncu belə səfərin keçən ilin dekabr ayında Baş nazir Benyamin Netanyahu tərəfindən həyata keçirildiyini vurğulayıb, bu cür səfərlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardığını vurğulayıb.
Müsəlman şərqində ilk respublikanın 1918-ci ildə Azərbaycanda təsis olunduğunu bildirən səfir ölkəmizin proqressiv cəmiyyət olduğunu, müsəlman icmamızın öz dini ilə fəxr hissi duymaqla bərabər, digər dini icma üzvlərinə də hörmətlə yanaşdığını qeyd edib.
E.Süleymanov Azərbaycan ilə ABŞ-ın enerji və terrorizmə qarşı mübarizə sahəsində yaxından əməkdaşlıq etdiyini bildirib, ABŞ-ın regionun enerji layihələrinə davamlı dəstəyinin çox vacib olduğunu qeyd edib. Diplomat, həmçinin hazırkı mürəkkəb geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.
Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçən seminarda, həmçinin Hayfa Universitetinin professoru, hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyfer və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel çıxış ediblər.
Çıxışlarında Svante Kornel və Brenda Şeyfer Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu bildirib və ölkə rəhbərliyinin bu istiqamətdə olduqca vacib rolundan danışıblar. Ekspertlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və ölkədə 1 milyondan çox məcburi köçkünün olmasına baxmayaraq, cəmiyyətin radikalizmdən imtina etdiyini, hökumətin əsas iqtisadi resursları inkişafa yönəltdiyini qeyd ediblər.
Martın 28-də yekunlaşması nəzərdə tutulan AIPAC-ın konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən nümayəndələrin, akademik dairə və ictimai təşkilat mənsublarının, ABŞ Konqresinin çox sayda üzvlərinin, habelə bir sıra yüksək vəzifəli rəsmilərin iştirakı nəzərdə tutulur.
Konfransda ABŞ vitse-prezidenti Mayk Pens, BMT yanında daimi nümayəndəsi, səfir Nikki Heyli, Nümayəndələr Palatasının spikeri Pol Rayan, Senatda respublikaçı çoxluğun rəhbəri Miç Makkonel və demokrat azlığın rəhbəri Çak Şumer, Nümayəndələr Palatasında respublikaçı çoxluğun rəhbəri Kevin Makkarti və demokrat azlığın rəhbəri Nensi Pelosi, bir çox senator və Nümayəndələr Palatasının üzvləri çıxış edəcəklər.
Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilsə də, Azərbaycanın dünyadakı roluna dair xüsusi tədbirin keçirilməsi artıq ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətindən xəbər verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info