“Azexport.az” portalı İtaliyada təqdim olunub
Tarix: 27.03.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı İtaliyanın Toskana və Lombardiya əyalətlərində ümumilikdə 200 mindən artıq iş adamlarını özündə birləşdirən 10-dan artıq təşkilat, birlik və assosiasiyalara təqdim edilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, portalın rəhbəri Zaur Qardaşov İtaliyaya səfəri çərçivəsində "Azexport.az" portalının fəaliyyəti ilə bağlı bir neçə əməkdaşlıq razılaşması əldə edib. Zaur Qardaşov Florensiya və Milan şəhərlərində İtaliya Sənaye Ticarət Palatasının və İtaliya Fermerlər Assosiasiyasının regional nümayəndəliklərinə, sertifikatlaşdırma şirkətlərinin nümayəndələrinə portalla bağlı geniş məlumatlar təqdim edib.
Eyni zamanda, Toskana və Lombardiya əyalətlərində kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması və müstəqil laboratoriyaya səfərlər təşkil edilib, qurumun işi ilə tanışlıq olub. Laboratoriya ilə "Azexport" arasında gələcəkdə Azərbaycan məhsullarının keyfiyyətinin yoxlanılması və sertifikatlaşdırılması ilə bağlı razılıq əldə olunub.
Portalın rəhbəri Zaur Qardaşov Milanda yerləşən və Avropanın ən böyük kənd təsərrüfatı məhsullarının topdansatışı bazarını ziyarət edib, bazarın iş prinsipi ilə tanış olub. Burada fəaliyyət göstərən iş adamlarına "Azexport.az" portalının təqdimatından sonra rəhbərlik Azərbaycan məhsullarının həmin bazar vasitəsilə Avropa bazarına satışının təşkilində maraqlı olduqlarını, xüsusilə mövsümi giləmeyvələr, heyva, nar, quru meyvələr, bal, orqanik toyuq əti və fındığın idxalında maraqlı olduqlarını bildiriblər. Əlavə ediblər ki, bu cür ixrac təşviq modeli onlar üçün yenidir. İtalyan sahibkarlarının qənaətinə görə, gələcəkdə belə təcrübənin bu ölkənin şırkətlərinə tətbiq edilməsi maraqlı olardı.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info