Məktəblilərin Qobustana ekskursiyası bayram günlərində də davam edib
Tarix: 27.03.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


ABOEM üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən layihə çərçivəsində məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris mərkəzinə ekskursiyası bayram günlərində də davam etdirilirdi. 
11 mart 2017-ci il tarixindəki ekskursiyanın davamı olaraq 18-20 mart 2017-ci il tarixlərində də 129, 140, 246 saylı orta məktəblərdən 100 nəfərə qədər müəllim- şagird heyəti həftə ərzində adı çəkilən məktəblərdə bərpa olunan enerji növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyəti, ölkəmizin bu istiqamətdə potensialı və Dövlət Agentliyinin cari sahədə gördüyü işlər və s mövzuda Dövlət agentliyi tərəfindən keçirilən təlimləri təcrübi yekunlaşdırmaq, şagirdlərin əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə ekskursiya etdilər. Ekskursiya zamanı tələbələrə günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyaların növləri və texnologiyası, mərkəzdə fəaliyyət göstərən “ağıllı şəbəkə” haqqında geniş məlumatlar verildi. 

Tədbir xalqımızın milli bayramı olan Novruz bayramı günlərinə təsadüf etdiyi üçün ekskursiya heyəti Dövlət Agentliyinin təşkil etdiyi bayram şənliyində də iştirak etdilər. 
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info