Cocuq Mərcanlıya çəkilən avtomobil yolunun tikintisi yekunlaşır
Tarix: 27.03.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilən yeni avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki,
ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metrdir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrlik hissəsində isə bərpa işləri aparılır. Yeni yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edəcək.
Yol boyu 9 su keçidi tikiləcək, 2 aşırımlı bir körpü bərpa olunacaq. Tikinti işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən “Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub. Bu yol Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinə - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndlərinə gediş-gəlişi xeyli asanlaşdıracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info