Naftalan Şəhər Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılıb
Tarix: 27.03.2017 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin sifarişi əsasında Naftalan Şəhər Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə başlanılıb.
5 mərtəbədən ibarət olacaq xəstəxana 65 çarpayı üçün nəzərdə tutulub.
Yeni xəstəxananın ümumi ərazisi 1,2 hektardır. Həmçinin xəstəxananın ərazisində hər birinin tutumu 300 kubmetr olan 2 su anbarı, istilik qazanxanası, yeməkxana və transformator yarımstansiyası üçün binaların tikintisi də planlaşdırılıb.
İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, hazırda Naftalan Şəhər Mərkəzi Xəstəxanası vaxtilə yaşayış evi olmuş binada icarə əsasında fəaliyyət göstərir. Uşaqlar və böyüklər üçün olan poliklinikalar da icarə əsasında heç bir şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşib. Xəstəxanaya ağır və orta ağır xəstələr daxil olarkən onlar məcburən ətraf rayonların xəstəxanasına göndərilirlər.
Ülfət Əliyev deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən əhaliyə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisi üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb və bu vəsaitlə müəyyən işlər görülüb.
Mərkəzi xəstəxana üçün yeni binanın inşasının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirildiyini deyən icra hakimiyyətinin rəsmisi qeyd edib ki, təməlqoyma işləri başa çatdırılan binada artıq üst mərtəbələrin tikintisinə başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info