“Ölkəmizi tanıyaq” tur-aksiyanın növbəti mərhələsi yekunlaşıb
Tarix: 27.03.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən və artıq ənənə halı alan növbəti maarifləndirici tur-aksiya başa çatıb. Martın 16-19 və 23-26-sı tarixlərini əhatə edən 7-ci tur-aksiyada 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3393 nəfər 9-11-ci sinif şagirdi iştirak edib. Bununla da, artıq dördüncü ildir keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı, ümumilikdə, 14 minə çatıb.
AZƏRTAC xəbər verir ki, ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 6 maarifləndirici tur-aksiya təşkil edilib.
Budəfəki tur-aksiyada məktəblilərin ekskursiya proqramı cədvəlinə Bakı, Naxçıvan Muxtar Respublikası, Gəncə, Göygöl, Şəmkir, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar və Xaçmaz rayonları daxil idi. Şagirdlər səfər çərçivəsində bölgələrin müasir inkişafı, sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanış olub, intellektual oyunlarda iştirak ediblər. Bir sözlə, məktəblilər bayram tətili günlərində həm biliklərini zənginləşdirib, həm də mənalı istirahət ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info