“Novruz ərəfəsində 14 min İran vətəndaşına Azərbaycan vizası vermişik“
Tarix: 27.03.2017 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


“Bu il Novruz bayramı ərəfəsində təxminən 14 min İran vətəndaşına Baş Konsulluq tərəfindən viza rəsmiləşdirilib”. Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki baş konsulu Əliyyənağı Hüseynov məlumat verib. O bildirib ki, ölkəyə gələn iranlı turistlərin sayının artması Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir: “İranlı turistlər özlərini Azərbaycanda rahat və təhlükəsiz hiss edirlər. Viza ilə bağlı daxil olan müraciətlərin 100 faizinə müsbət cavab verilib. Bu dövr ərzində Baş Konsulluq gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və orta hesabla desək, viza müraciətləri 3 iş günündən az bir müddət ərzində cavablandırılıb. Müqayisə üçün deyim ki, Baş Konsulluq tərəfindən 2016-cı ildə 50 minə yaxın viza verilib. Yeni yaradılmış “ASAN Viza” sistemi əcnəbi vətəndaşlar, o cümlədən İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş və elektron qaydada tez bir şəkildə viza almasında mühüm rol oynayır. Düzdür, VISA və "MasterCard" ödəniş sistemlərinin İran ərazisində işləməməsi İran vətəndaşlarına “ASAN viza”dan tam yararlanmağa imkan vermir. Bayramlar ərəfəsində səfirlik və Baş Konsulluğun gücləndirilmiş iş rejimində çalışması bunu kompensasiya edir".
Diplomat qeyd edib ki, vizanın rüsumu 20 ABŞ dollarıdır və ödənişlər bank hesabı vasitəsilə həyata keçirilir: "Biz həm fərdi, həm də turizm agentlikləri vasitəsilə daxil olan müraciətlərə baxırıq. Turizm agentlikləri göstərdikləri xidmət müqabilində vətəndaşlardan viza rüsumundan əlavə xidmət haqqı da alırlar ki, bunun bizə aidiyyəti yoxdur. Bu, normal haldır və bütün dünyada rast gəlinir”.
Baş konsul hazırda da çoxsaylı viza müraciətlərinin daxil olduğunu söyləyib.
Ə. Hüseynov deyib ki, bu gün ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran əlaqələri yüksək səviyyədədir: “Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər, əldə olunan razılıqlar dediklərimizə bariz sübutdur. Biz də öz növbəmizdə iki ölkə əməkdaşlığına töhfə verməyə çalışırıq. Baş Konsulluq İranın müxtəlif regionları ilə ölkəmiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ostandarların Azərbaycana səfərlərinin təşkili, konsulluq xidmətlərinin göstərilməsi, Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin təmin edilməsi, mədəni-humanitar əlaqələrin, turizmin inkişafının təşviqi, İran vətəndaşları üçün Azərbaycana giriş vizasının rəsmiləşdirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info