Parisdə Novruz şənliyi
Tarix: 27.03.2017 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Fransada fəaliyyət göstərən “ Paris Azərbaycan Evi”» təşkilatı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib.Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirə Azərbaycanın Fransadaki səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransiz ailələri iştirak ediblər.Təşkilatın rəhbəri Mirvari Fətəliyeva təşkilatın fəaliyyətindən söz açıb. O, qeyd edib ki, “Paris Azərbaycan Evi” ənənəvi olaraq vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil edir. Daha sonra təşkilatın sədr müavinləri layihənin bədii rəhbəri Mehri Quliyeva və Jalə Orucova şagirdlərin hazırladığı Novruz şənliyi barədə tamaşaçılara məlumat veriblər. Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrini əks etdirən səhnəciklər təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruz bayramına dair şer və mahnılar söyləyib, “Uzundərə”, “Naz eləmə”, “Nəlbəki” rəqslərini nümayiş etdiriblər. Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıb, yallı sədaları altında halay çəkiblər. Tədbir hər bir kəsin böyük marağına səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info