“Tam fərqli Azərbaycan yığması gördüm”
Tarix: 27.03.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim”. Bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdur.
Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub: “Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib. Bunu da oyunu ilə ortaya qoydu. Fürsətdən istifadə edib, lider oyunçularımıza təşəkkür etmək istəyirəm. Belə kiçik futbol ölkələri ilə matça çox yaxşı köklənmişdilər. Belə matçlarda konsentrasiyanın yüksək səviyyədə olması önəmlidi. “Bavariya”, “Borussiya” Çempionlar Liqasında iştirak edirlər. Buna baxmayaraq, futbolçular milliyə həvəslə gəlirlər”. Löv komandasının 7 oyundan sonra qol buraxmasını belə şərh edib: “İstərdim ki, yenə qol buraxmayaq. Amma Azərbaycan yığması qol vurmağa çox çalışdı. Qiymət verə bilmərəm. Amma futbolunuzun inkişafda olduğu hiss olunur. Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədir və bu komanda ilə fəxr edə bilərsiniz. Maşallah”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info