Şotlandiyada yeni referendum müzakirə ediləcək
Tarix: 27.03.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Britaniyanın Baş naziri Tereza Mey Şotlandiyanın birinci naziri Nikola Sturgeon ilə görüşəcək. Bu görüş Şotlandiya hökumətinin yenidən müstəqillik referendumu üçün təklifini elan etdikdən sonrakı ilk görüş olacaq.
Görüşdə “Brexit” prosesi və Şotlandiyada planlaşdırılmış yeni referendum müzakirə ediləcək. Şotlandiya hökuməti “Brexit” prosesinin Birləşmiş Krallıq üçün çətin olacağını düşünür. Hökumət Şotlandiyada yenidən referendum keçirməklə müstəqil dövlət kimi Avropa İttifaqının tərkibində qalmaq niyyətindədir. Rəsmi London isə “Brexit” prosesinin başladığı bir ərəfədə yeni referendumun keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. Qeyd edək ki, Britaniya parlamentində təmsil olunan Leyboristlər partiyası “Brexit” prosesi üçün 6 şərt irəli sürüb. Əgər “Brexit” prosesinin gedişatı həmin şərtlərə uyğun olmasa Leyboristlər partiyası “Brexit” prosesini dəstəkləməyəcək. Hazırda “Brexit” prosesi Lissabon müqaviləsinin 50-ci maddəsinə uyğun olaraq aparılır. Bu maddəyə əsasən, proses başladıqdan sonra çıxış üçün müzakirələrə start verən ölkə 2 il ərzində Avropa İttifaqından tam olaraq çıxmalıdır. Müzakirələr zamanı uzlaşma əldə edilməsə, Britaniya Avropa İttifaqından heç bir razılıq əldə edilmədən ayrılacaq.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info