Cənubi Koreyada prezident postuna ən populyar namizəd
Tarix: 27.03.2017 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Demokratik “Toburo” partiyasının keçmiş lideri, liberal qüvvələrin nümayəndəsi Mun Çje İn ardıcıl olaraq 12 həftədir ki, Koreya Respublikasının prezidenti postuna potensial namizədlərin siyahısına başçılıq edir.
TASS informasiya agentliyi xəbər verir ki, bu, “Realmeter” agentliyinin sosioloji tədqiqatın nəticələri barədə dərc etdiyi məlumatda əksini tapıb. Sorğunun nəticəsinə əsasən, respondentlərin 34,4 faizi seçkilərdə Mun Çje İna səs verməyə hazırdır. Siyahıda ikinci yeri vətəndaşların 17,1 faizinin etimadını qazanan Çxunçxon-Namdo əyalətinin qubernatoru An Xi Çjon tutur. Üçüncü yerdə 12,6 faiz səs toplayan Xalq Partiyasının keçmiş başçısı An Çxol Su, sonrakı yerdə isə 10,2 faiz səslə Sonnam şəhərinin meri Li Çje Mön qərarlaşıb. Sorğu martın 20-dən 25-dək ölkənin müxtəlif regionlarında 2,6 min respondentin iştirakı ilə aparılıb. Xatırladaq ki, Koreya Respublikasında növbədənkənar prezident seçkiləri mayın 9-da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info