NATO peyk və kompüter proqramlarına 3 milyard avro ayıracaq
Tarix: 27.03.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


NATO özünün peyk proqramının təkmilləşdirilməsinə və kompüter texnologiyalarının inkişafına, o cümlədən kibernetik müdafiənin yaxşılaşdırılmasına 3 milyard avro ayırmağı planlaşdırır. TASS informasiya agentliyi xəbər verir ki, vəsaitin böyük hissəsi (1,7 milyard avro) qoşunları, gəmiləri və pilotsuz uçuş aparatlarını daha yaxşı dəstəkləmək üçün peyk əlaqəsinin yaxşılaşdırılmasına xərclənəcək. Həmçinin 800 milyon avro raket və hava hücumundan müdafiə sistemlərinin idarəsinə cavabdeh kompüter sistemlərinin təkmilləşdirilməsinə ayrılacaq. Kibernetik təhlükədən müdafiənin gücləndirilməsi üçün isə 71 milyon avro nəzərdə tutulub. NATO-nun Baş katibi Yens Stoltenberqin 2016-cı ildə alyansın təhlükəsizliyi və fəaliyyəti barədə məruzəsinə əsasən, ABŞ istisna olmaqla, quruma üzv 27 ölkənin hərbi xərcləri ötən illə müqayisədə orta hesabla 3,8 faiz artaraq onların ümumdaxili məhsulunun 1,47 faizini təşkil edib. NATO-nun büdcəsində ABŞ-ın payı 2016-cı ildə 45,9 faiz olub. Bununla yanaşı, ötən il Şimali Atlantika blokunun 28 ölkəsinin müdafiə xərcləri ümumilikdə 2010-cı ildə qeydə alınan qiymətlərlə 892 milyard dollar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info