Çin-Pakistan hərbi müttəfiqliyi yeni mərhələdə
Tarix: 27.03.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Pakistan Əfqanıstanla sərhədin müəyyən hissələrinə hasar çəkməyə başlayıb

Çinlə Pakistan arasında tərəfdaşlığın səviyyəsi nəzərəçarpacaq dərəcədə artmaqdadır. İki ölkə arasında hərbi əməkdaşlıq sürətlə genişlənir. Pekinlə İslamabadın yaxınlaşması, Moskvaya ən yaxın ölkələrindən biri kimi tanınan Hindistanda birmənalı qarşılanmır. Qeyd edək ki, Pakistan özünün müstəqillik günü ilə bağlı keçirdiyi bayramda ənənəvi hərbi parad da təşkil edib. Maraqlı nüanslardan bir i də bundan ibarətdir ki, paradda tarixdə ilk dəfə olaraq Pakistan hərbçiləri ilə birgə Türkiyə, Səudiyyə Ərəbistanı və Çin hərbçiləri də iştirak edib. Qeyd edilməlidir ki, Çinin hərbçilərinin də paraddakı iştirakı təsadüf kimi dəyərləndirilməməlidir. Bu, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından xəbər verməklə yanaşı, onların yaxın əlaqələrinin dünyaya nümayişi kimi də dəyərləndirilməlidir. “Hər iki ölkə çiyin-çiyinə gedən qoşunlarının köməyi ilə bütün dünyaya güclü bir mesaj göndərdi”. Bu fikirləri “Financial Times” nəşri Pakistan prezidenti Məmnun Hüseynin “tarixi hadisə” kimi dəyərləndirdiyi paradla bağlı fikirlərinə istinadən yayıb. Xatırladaq ki, bir müddət əvvəl iki ölkə arasında iqtisadi dəhliz yaradılması ilə yanaşı, hərbi sahədə də əməkdaşlığı genişləndirmək barədə razılıq əldə edilib. İqtisadi dəhliz kimi təqdim edilən layihə 46 milyard dollar dəyərində olan infrastruktur layihədir. Bu layihə çərçivəsində iki ölkə arasında dəmir və avtomobil yolları ilə yanaşı, boru kəmərlərinin tikintisi nəzərdə tutulur. Nəzərə çatdırılmalıdır ki, bu layihə Pakistanın Qvadar limanını Çinin ən böyük biznesinə nəzarət edən Sincan bölgəsi ilə birləşdirəcək. Bu layihə Çin tərəfindən irəli sürülən "Bir kəmər bir yol" təşəbbüsünün tərkib hissəsini təşkil edir. İki ölkə arasında azad ticarət haqqında da saziş mövcuddur. Məhz elə bunun nəticəsidir ki, İslamabad Pekinin geniş maliyyə yardımlarından istifadə edir. Eyni zamanda Pakistan Çinin silah və hərbi texnikasının ən böyük idxalçısıdır. Ölkələr yaxın zamanlarda bir sıra birgə layihələr də həyata keçirməkdə iddialıdır. Bura “FC-1” qırıcı təyyarələrin birgə buraxılması layihəsi də daxildir. Pakistanın nüvə proqramının inkişafına dəstək verən Çin dövləti İslamabadın öz nüvə silahını yaratmasında da mühüm rol oynayıb. Pakistan Çin üçün əhəmiyyətli siyasi, iqtisadi və hərbi-strateji əhəmiyyət kəsb edən dövlətə çevrilib. Pekinlə İslamabad arasında hərbi sahədəki yaxınlaşma qonşu Hindistan tərəfindən narazılıqla qarşılanır. Bir maraqlı məlumat isə Pakistanın Əfqanıstanla sərhədin müəyyən hissələrinə hasar çəkməyə başlamasıdır. Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, bu haqda qərar fevralın ortalarında Pakistanla Əfqanıstan sərhədində baş verən terror aktlarından sonra qəbul edilib. Belə ki, bu aktların hamısını Əfqanıstandan ölkəyə daxil olan terrorçular törətmişdi. Bu qanlı hadisələrdən sonra terrorçuların qarşısını almaq üçün fevralın 17-dən martın 20-dək sərhədin Bacaur və Moxmand istiqamətlərində keçid məntəqələri bağlı olub. Pakistan ordusunun baş qərargah rəisi, general Kamar Cavid Badjva Qəbilələr zonasına səfəri zamanı jurnalistlərə bildirib ki, bu ərazilərdən gələn təhlükələrlə bağlı belə qərar qəbul edilib. O deyib ki, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilir, sərhəd həm yerüstü, həm də hava məkanından nəzarətə götürüləcək. Onun sözlərinə görə, İslamabad Kabulla sərhədlərin təhlükəsizliyi ilə əlaqədar ikitərəfli mexanizm hazırlamaq niyyətindədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info