Merkel qarşısında qoyulan hesab - 375 milyard dollar
Tarix: 28.03.2017 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Tramp Merkellə görüşdə bildirib ki, NATO-nun indiyə qədər Almaniyaya göstərdiyi xidmətlər müqabilində borc yaranıb və Berlin bu məbləği ödəməlidir
Qarlı hava səbəbi ilə təxirə salınandan bir neçə gün sonra reallaşan Donald Tramp-Angela Merkel görüşü ilə bağlı qalmaqallar bitmir. Trampın həmin görüşdə özünü çox saymazyana aparması müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Amma əsl məsələ heç də Trampın Merkelə əl verib görüşməməsi deyilmiş. Britaniya mətbuatı özəl mənbələrə istinad edərək Trampla Merkel arasında qapalı keçirilən görüşün bəzi detallarını yayıb.
Həmin məlumatlarda qeyd edilir ki, qapalı görüşdə Tramp Merkeldən nə az, nə də çox- 375 milyard dollar tələb edib. Britaniya mətbuatı yazır ki, Tramp Almaniyanın NATO qarşısında borcu olduğunu deyib. NATO-nun (ABŞ-ın) indiyə qədər Almaniyaya göstərdiyi xidmətlər müqabilində borc yaranıb və Berlin bu məbləği ödəməlidir. Almaniya hakimiyyəti Trampın həmin görüşdə açıqladığı məbləği eşidəndə şoka düşüb. Hökumət Trampın müəyyən etdiyi məbləğdən bərk hiddətlənib. Almaniyalı nazirlərdən biri qeyd edib ki, “belə tələbləri digər tərəfləri qorxutmaq məqsədi ilə səsləndirirlər”. Nazir Merkelin qapalı görüşdə bu tələbi sakit qarşıladığını da qeyd edib. Bu sakitliyin “karıxmaq”, yoxsa “ödəmək məcburiyyəti” ilə bağlı olması bəlli deyil. Amma media önündə keçirilən görüşdə Merkelin əlini sıxmaqdan imtina edən Trampın danışıqların əla keçdiyini açıqlaması müəyyən nəticə çıxarmağa imkan verir. Görünür, Tramp 375 milyard dollar borcu Almaniyanın boynuna qoya bilib. May ayında Brüsseldə NATO-nun sammiti keçiriləcək. Həmin sammitdə Trampın əsas tələbi- üzv ölkələrin ÜDM-in 2 faizini müdafiə sahəsinə ayırmaları həll olunmalıdır. 28 üzv ölkədən hələlik 5-i bu işin öhdəsindən gələ bilir. Tramp hesab edir ki, qalan üzvlərin xərci 2 faizdən çox uzaqdır və bu isə ABŞ-a münasibətdə böyük haqsızlıqdır. Amma Almaniya ilə bağlı məsələdə vəziyyət bir qədər fərqlidir. ABŞ dövlət başçısı bu dəfə konkret olaraq Almaniyanın qarşısına hesab qoyub. Avropalılar artıq bu məsələ ilə bağlı ciddi düşünməlidir. Çünki ABŞ-ın yeni administrasiyası ardıcıl şəkildə Avropaya qarşı münasibət sərtləşdirir. ABŞ kəşfiyyat rəhbərinin Ankara səfərindən sonra Türkiyə ilə Almaniya başda olmaqla Avropa dövlətləri arasında münasibətlərin kəskinləşməsinin arxasında da Ağ Evin planları dayana bilər. Başqa bir detal. NATO ölkələrinin xarici işlər nazirləri ABŞ-ın yeni seçilən dövlət katibi Tillersonla görüşmək istəyib. Amma Tillerson bu görüşdən imtina edib. Səbəb - Çin lideri ilə danışıqlar və Moskvaya səfərdir. Donald Trampın may ayında keçiriləcək NATO sammitində iştirakı gözlənilir. Həmin görüşə qədər artıq NATO üzvləri qarşısında hesablar qoyulur. Tramp bununla bildirir ki, Almaniyanın inkişafı ABŞ-ın hesabınadır. O isə siyasətçi-biznesmen kimi buna dözmək fikrində deyil.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info