“Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr olunmuş anım tədbiri keçiriləcək
Tarix: 28.03.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı günü”-nə həsr olunmuş anım tədbiri keçiriləcək. Tədbir 29 mart tarixində saat 11:00-da Sabunçu rayon Gənclər Evində keçiriləcək.
ATGTİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlkin Mustafayevin verdiyi xəbərə görə, anım mərasimi əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş filmin nümayişi ilə başlayacaq. Filmdə ermənilərin Azərbaycan xalqına amansızlıqla divan tutmasından, günahsız insanların soyqırımı nəticəsində öldürülməsi ön planda qeyd edilir. Daha sonra isə qonaqların soyqırımı zamanı kimsəsiz, əliyalın insanlara qarşı törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün maarifləndirmə işlərinin zəruriliyindən, son illər bu istiqamətdə görülmüş işlərdən və qarşıda duran əsas məsələlər ətrafında çıxışları dinləniləcək.
Tədbirdə qonaq qismində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Şahin İsmayılov, Virtual Qarabağ İKT Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov iştirak edəcək. Həmçinin, tədbirdə bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edəcəklər
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info