Ceyrançölün su təminatı yaxşılaşdırılır
Tarix: 28.03.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Şəmkirdə bir sıra ölkə əhəmiyyətli tədbirlərin keçirilməsi rayonun sosial-iqtisadi həyatının daha da canlanması, davamlı inkişafı üçün əsaslı zəmin yaradıb.
Rayonun iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də kənd təsərrüfatıdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda əkinçiliyin inkişafı üçün xeyli işlər görülüb. Bu işlərdə Şəmkir bələdiyyəsinin nəzdində yaradılmış iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-nin xüsusi payı var.
“Ceyrançöl” MMC-nin əkin sahələrinin genişləndirilməsi, eləcə də ərazinin su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə Ceyrançöl massivinə yeni su xətlərinin çəkilişinə və süni göllərin yaradılmasına başlanılıb.
İlk növbədə, burada 65 min kubmetr həcmində göl yaradılıb, 250 min kubmetr həcmində sututar istifadəyə verilib. Bundan başqa, 7,6 kilometr məsafədə diametri 730 millimetr olan borularla iki istiqamətdə su xətləri çəkilib. Hazırda dövlət investisya layihəsi çərçivəsində 7 kilometr məsafəyə su xətti çəkilir.
Bundan əlavə, Ceyrançöldə 500 min kubmetr həcmində daha bir sututar yaradılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Azərbaycan” İES müasir səviyyədə yenidən qurularaq bərpa edilir
23.04.2019
Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat təşkil edib
23.04.2019
Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac edib
23.04.2019
“Light” neftinin qiyməti 66 dollar/barreli ötüb
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info