SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb
Tarix: 28.03.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


SOCAR-ın dollarla buraxdığı SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, nominal məbləği 1000 dollar və illik gəlirliliyi 5 faiz olan SOCAR istiqrazları üzrə faizlər aprelin 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Faiz ödənişi çərçivəsində istiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollar vəsait ödəniləcək. Vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək, onlar bu pulları istədikləri kimi istifadə edə - nağd formada çıxara, bank hesabında saxlaya, o cümlədən yeni istiqraz ala bilərlər.
Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir (hər istiqraz üçün 12,5 dollar olmaqla) ödənilir. İstiqraz sahibləri ilk faiz ödənişlərini yanvarın 17-də alıblar. Növbəti faiz ödənişləri isə aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-si tarixlərində baş tutacaq.
Beləliklə, həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.
SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür. İstiqrazların xüsusiyyətlərini, o cümlədən onlara hansı formada zəmanət verildiyini bu videodan (https://www.youtube.com/watch?v=zNl2W3jSnvA) izləmək olar.
Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə, *1999 qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.
Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2 faizi deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info