Kikboksçumuz Almaniyada təşkil olunan turnirdə qalib olub
Tarix: 28.03.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi peşəkar kikboksçumuz Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində qalib olub.
Müxtəlif beynəlxalq turnirlərin qalibi, Dünya Kəmərinin sahibi Xəyal Əhmədov açıqlamasında qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr etdiyini deyib.
“Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində rəqibim üzərində qələbə qazandım. Daim bizə öz dəstəyini göstərən, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə və federasiyasının rəhbər heyətinə dərin minnətdarlıqlarımı çatdırıram. Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın daxili və xaricdə uğurları davam edir.
Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi böyük coşqu və izdihamlı keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Bildiyiniz kimi qarşıdan aprel hadisələrinin ildönümü yaxınlaşır. Qələbəmi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur”, - deyə idmançı bildirib.
Qeyd edək ki, “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb.
X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunmuş döyüşündə də inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Wosnitza üzərində təmiz qələbə qazanıb.
Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info