Azərbaycan şərabları “Prowein“ sərgisində maraqla qarşılanıb
Tarix: 28.03.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Prowein” sərgisində nümayiş olunub. 130 ölkədən 60 minə yaxın ziyarətçinin iştirak etdiyi “Prowein” sərgisində
Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Təsadüfi deyildir ki, “Prowein”nin internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi buraxılış yayımlanıb. “Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsullarımız barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən video çarx nümayiş olunub, ölkəmiz haqqında müxtəlif çap materialları paylanıb. Sərgi çərçivəsində Litvada şərab məhsullarının distributorluğu ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək. Qeyd edək ki, “Prowein” sərgisində müsabiqə əsasında seçilmiş 9 Azərbaycan şirkəti iştirak edib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə hazırlanmış "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq dövlət tərəfindən qarşılanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info