“Ermənistanın Lapşinin məsələsi ilə nə əlaqəsi var?“
Tarix: 28.03.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar”
Belarus prezidenti Aleksandr Lukaşenko bloger Aleksandr Lapşinin ekstradisiyası məsələsi ilə bağlı nə Azərbaycanla, nə də Ermənistanla mübahisə etmək niyyətindədir. "RİA Novosti"nin məlumatına görə, Lukaşenko bunu Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib. O, həm Azərbaycan, həm də Ermənistan xalqını özlərinə yaxın hesab etdiklərini söyləyib. Lukaşenko A. Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Ermənistan tərəfdən rəsmi Minskin tənqid olunmasına da münasibət bildirib: “Ermənistanın bu məsələ ilə nə əlaqəsi var? Ermənistan tərəfindən Aleksandr Lapşinin məsələsi ilə bağlı mənə heç vaxt heç nə deyilməyib. O, Azərbaycan tərəfindən axtarışa verilmişdi. Burada saxlanıldı. İnterpol bilirdi. Biz lazımi, qanunauyğun şəkildə məlumat verdik. Onu kimə verməli idik? Barəsində axtarış elan edən ölkəyə verməli idik. O, 3 ölkənin vətəndaşıdır, lakin heç bir ölkə onunla bağlı tələb irəli sürmədi”. Belarus prezidenti qeyd edib ki, Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir. O bildirib ki, bu məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır: “Bu bizim, mənim məsələm deyil. Bizim edə biləcəyimiz heç nə yoxdur. Amma Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar. Ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir”. Belarus liderinin sözlərinə görə, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz: "Bu bizim bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır
18.09.2018
Suriyada Rusiyaya məxsus hərbi təyyarə itib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info