FAO-dan qidalanma ilə bağlı xəbərdarlıq
Tarix: 28.03.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Avropa və Orta Asiya ölkələrində yaşayan əhalinin 7 faizində əsas problemi kimi yetərincə qidalanmama, vitamin və mineral çatışmazlığı göstərilir
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yeni bir hesabat açıqlayıb. Son hesabat, qida istehlakına yönəlmiş dəyişikliyin insan sağlamlığına təsirini ortaya qoyur. Hesabata görə, iqtisadi böyümə və adambaşına gəlirlərdəki artım Avropa və Orta Asiyada aclığı aradan qaldırarkən, ölkələrin daha varlı hala gəlməsilə dəyişən istehlak vərdişləri başqa səhiyyə təhdidlərinə yol açır. FAO hesabatı, həddindən artıq çəki və piylənmənin yaratdığı xəstəliklərə diqqət çəkir. Avropa və Orta Asiya başlıqlı hesabat bir sıra mövzuda məlumatları analiz edir. Burada qida enerjisi və qeyri-kafi qidalanma göstəriciləri yer alır. Bədəndə inkişafın dayanması və zəiflik, qan azlığı, həddindən artıq çəki və piylənmə ilə insanların ortalama olaraq nələr yediyi bu göstəricilərdən başlıcasıdır.
Hesabat, ölkələrin əsasən qeyri-kafi qidalanma ilə mübarizədə görülən inkişafın ardınca artan qida yağları, şəkər, ət, süd məhsulları və hazır qidadan qaynaqlanan xəstəliklərlə bağlı faktı göstərir. Bununla yanaşı, burada daha çox hərəkətsiz və oturaq həyat tərzi də yer alır.
Hesabatda yer alan məlumatlardan biri də gündəlik duz istehlakı ilə bağlıdır. Burada göstərilir ki, Qərb və Baltik ölkələrində gündəlik duz istehlakı 5-10 qram arasında dəyişir. Ancaq Avropanın digər hissələrində bu nisbət yüksəlir. Bu nisbət Çex Respublikasında 13,6, Macarıstanda 14,8 və Türkiyədə isə 18 qramdır.
Hesabat, bu ölkələrin gündəlik duz istifadə miqdarını aşağı salmaq üçün tədbirlər görməyə başladığını, çörəkdəki duz nisbətinin ən yüksək olduğu ölkənin Türkiyə olduğu göstərilir.

Həddindən artıq qidalanma qrupunda hansı ölkələr yer alır

Hesabatda ölkələr qidalanma xüsusiyyətlərinə görə dörd qrupa ayrılır: Yetərincə qidalanmayan ölkələr; "Üçtərəfli yük”`olaraq adlandırılan və yetərsiz qidalanma, vitamin və mineral əskikliyi və həddindən artıq qidalanma yaşayan ölkələr; həddindən artıq qidalanma yaşayan ölkələr; daha az narahatlıq yaşayan ölkələr.
Türkiyə bu dörd kateqoriyada “həddindən artıq qidalanma” qrupunda yer alır. Hesabatda istifadə edilən göstəricilərdən biri də Qida Enerjisi Təklifi (DES) ölçüsüdür. Bu göstərici ilə bir ölkədə adambaşına kalorinin istehlaka hazır qida miqdarı ilə gündəlik qida enerjisi ehtiyacı müqayisə edilərək ölçülür. Avropa və Orta Asiya ölkələrində orta nisbət 130 faiz olduğu halda, Türkiyədə 156 faiz göstərilir. FAO-nun hesabatına görə Türkiyə, bu faizlə zirvədəki beş ölkədən biridir.
FAO-nun iqtisadçısı David Sedik hesab edir ki, gəlirlər yüksələrkən qidalanma səviyyəsində bu amillər özünü göstərir: dadlandırıcılar, bitki mənşəli yağlar və heyvan məhsullarından olan ümumi kalori payı artarkən, taxıl məhsullarındakı pay düşür. Belə ki, məlumatlar, dadlandırıcı, bitki mənşəli və heyvani yağ ehtiva edən qidalarla bağlı bir irəliləyiş müşahidə edildiyi halda taxıl məhsullarında eniş yaşandığını ortaya qoyur. Hesabata görə, bu da yetərincə qidalanma məsələlərinin bu bölgədə böyük həcmdə öhdəsindən gəlindiyi mənasını verir.
Avropa və Orta Asiya ölkələrində yaşayan əhalinin 7 faizində əsas qidalanma problemi kimi yetərincə qidalanmama, vitamin və mineral çatışmazlığı göstərilir. Nəticədə dəmir, A vitamini və sink kimi mineralların əskikliyi, artıq çəki və piylənmə ilə ölçülən həddindən artıq qidalanma problemləri isə artım göstərir.
FAO-ya görə bölgədə yaşayan xalqın bu gün 13 faizi "üçtərəfli yük" olaraq adlandırılan üç qidalanma problemindən (yetərincə qidalanmama, vitamin və mineral əskiklikləri və həddindən artıq qidalanma) üçünün də çətinliyini çəkir.
Hesabatda ortaya çıxan daha da narahatlıq doğuran vəziyyət isə Avropa və Orta Asiya ölkələrində yaşayan əhalinin 57 faizində əsas qidalanma problemi kimi həddindən artıq qidalanmanın ortaya çıxmasıdır. Görülən işlərə əsasən bölgədəki əhalinin 70 faizi ya üçtərəfli pis qidalanmadan ya da həddindən artıq qidalanmadan əziyyət çəkir.
Digər tərəfdən vəziyyət sabit deyil. Yetərincə qidalanmayan qrupda yer alan ölkələr "üçtərəfli yük" kateqoriyasına daxil olmağa hazırlaşır. Hesabatın müəllifi Sedik bildirib ki, daha çox ölkə “üçtərəfli yük” kateqoriyasına keçərkən səhiyyə xərcləri daha çox şəkərli diabet, ürək xəstəliyi və digər yoluxucu olmayan xəstəliklərindən qaynaqlanan yüksək səhiyyə xidməti xərcləri ilə məşğul olmaq üçün sürətli şəkildə və əhəmiyyətli miqdarda artma məcburiyyətində qalacaq".
Hesabatın ilk qismi problemləri ortaya qoyarkən, ikinci hissəsi onların həlli yollarına ayrılıb. Hesabata görə südün D vitamini, yodlu duz, dəmirli buğda unu, folilk asit və tiyamin ilə gücləndirilməsi bu yanaşmanın nümunələrindəndir. Bu yanaşma, Orta Asiyada uşaqlarda mikro qida istehlakının yaxşılaşdırılmasında bir hərəkətə keçmək amili kimi görülməkdədir. FAO-nun digər tövsiyələrinə gəldikdə isə burada qida dəyərini artırmaq üçün məşhur qidaları yenidən təşkil etmək, sağlamlıq dərəcəsinə bağlı olaraq qida qiymətləri üzərindəki vergi və dövlət dəstəyinin dəyişdirilməsi, sağlam və balanslı qidalanmanın nələrdən meydana gəldiyini izah etmək üçün insanlara qidalanma təhsili vermək, daha təsirli qida təhlükəsizliyi sistemləri, qida etibarlılığında standartın təmin edilməsi, sanitariya, bitki sağlamlığı və gigiyena tənzimləmələri, qida məhsullarının daha doğru şəkildə etiketləməsi, qida dəstəyi proqramları, qida transferi proqramlarını ehtiva edən qida yardım proqramları göstərilir. FAO-nun icraçı direktoru, Avropa və Orta Asiya Regionu üzrə nümayəndəsi Vladimir Rahmanin bildirib ki, bu bölgədə xüsusilə Orta Asiya və Qafqaz ölkələri yetərincə qidalanmamanı azaltmaqda fövqəladə irəliləyiş əldə ediblər. Amma bu gün artıq insanların yetərincə kalori istehlak edib etmədiyini düşünmək məcburiyyətindəyik. Bizim hər insan üçün xüsusilə də uşaqlarımız üçün təminat altına almaq istədiyimiz şey balanslı və sağlamlığı təşviq edən bir qidalanmadır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info