Britaniya Liviya ilə bağlı siyasətini dəyişir
Tarix: 28.03.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


İngilis siyasətçilər hökuməti Rusiyanın dəstəklədiyi Liviya parlamenti və marşal Haftarın legitimliyini tanımağa çağırır

Britaniyanın Mühafizəkar Partiya Şurasının Yaxın Şərq üzrə üzvləri Liviyaya səfərdən sonra bu ölkə ordusunun komandanı marşal Xəlifə Haftara dəstəkyin ifadə olunduğu xüsusi hesabatla çıxış ediblər. Qeyd edilməlidir ki, Rusiyameyilli siyasətçi hesab olunan Haftarın legitimliyinə Vaşinqton, nə də Brüssel tərəfindən tanınmır. Tobrukda yerləşən Liviya parlamentini təmsil edən Haftar Tripolidə olan Liviya keçid hökumətini tanımır. Barışıq üçün hələ 2015-ci ildə BMT-nin vasitəçiliyi ilə razılıq əldə edilsə də tərəflər bu imkandan yararlanmadılar. Marşal Haftar əvvəllər Qəzzafinin ən yaxın dostluq münasibətində olduğu şəxslərdən hesab edilir. Bu yaxınlığa görə, hətta Qəzzafi onu özünün "mənəvi oğlu" kimi də təqdim edirmiş. Lakin sonralar Qəzzafi ilə arası dəyən Haftar ABŞ-ya getmişdi. Qəzzafinin ölümündən sonra Liviya ordusunun qalıqlarına rəhbərlik edən Haftar ölkənin şərqini nəzarət altına alıb. İndi isə maraqlı situasiya yaranıb. Rusiyadan sonra Britaniya siyasi dairələri də Haftara dəstək nümayiş etdirməyə başlayıb. Bu ilin əvvəllərində Liviyaya səfər edən Britaniya rəsmiləri Haftar ilə yanaşı, ölkənin bir çox səlahiyyətli şəxsləri ilə də görüşlər keçiriblər. BMT və Avropa Birliyinin Liviyadakı fəaliyyətlərini “qeyri-qənaətbəxş” kimi dəyərləndirən ingilis rəsmilər hesab edir ki, Britaniya Qəzzafi rejiminin devrilməsində aparıcı rol oynasa da bu gün Liviyaya “kifayət qədər diqqət” yetirmir. Haftarın Liviyadakı fəaliyyətini yüksək dəyərləndirən ingilis siyasətçilər onun ölkənin şərqini radikallardan təmizləməyi bacardığını qeyd ediblər. Haftarın nəzarəti altında olan ərazilərdə həyatın qənaətbəxş olduğunu iddia edən ingilis siyasətçilər Leo Dokerti və Kvasi Kvartenq qeyd edirlər ki, ölkənin digər hissəsində xaos hökm sürür. Marşal bunun üçün daha çox Rusiyaya minnətdardır: “Bu gün Haftara ən böyük dəstəyi Rusiya, Misir, qismən də Fransa verir”. Qeyd edək ki, təqdim edilən hesabatda Britaniya hökumətinə xüsusi tövsiyələr yer alıb. Hesabat müəllifləri hesab edir ki, rəsmi London Tobrukda yerləşən parlament və şəxsən Haftarla əlaqələr yaratmalı, Liviya sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıq etməli, parlamentin legitimliyini tanımalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info