ADPU Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir
Tarix: 28.03.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovla görüşüb. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Abdulqafur Büyükfırat, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşün keçirilməsindən məmnun qaldığını bildirərək yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün Türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib. Qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən rektor bildirib ki, Prezident İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya qoşulub. Bu qosulma prosesi tam başa çatıb. Hazırda ADPU-nun tərkibində 5 filial və Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) fəaliyyət göstərir. Universitetdə 8 fakültə, 39 kafedra var. ADPU-da 20 minə yaxın tələbə təhsil alır. Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən ADPU-nun baza məktəbi müəyyən edilib. Bundan başqa, ADPU-ya Bakı şəhərinin 30-dan çox orta məktəbinin qabaqcıl müəllimləri cəlb edilib və onlar universitetdə ustad dərsləri keçirlər. Tədris 4 korpusda aparılır. Universitetdə “Təhsildə sosial-psixoloji xidmət”, “Korreksiyaedici təlim”, “Məktəbəqədər təlim və tərbiyə”, “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə 200-ə yaxın türkiyəli tələbə təhsil alır. Türkiyəli tələbələr universitetin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Universitetdə “Türk araşdırmaları” elmi -tədqiqat mərkəzi, Türk odası, Əcnəbi tələbələrlə iş üzrə şöbə və türkiyəli tələbələrin İdarə Heyəti fəaliyyət göstərir.
Universitetdə təhsilin məzmununun yenilənməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın, elmi-pedaqoji kadr potensialının və kitabxananın fəaliyyətinin gücləndirilməsi barədə danışan rektor bildirib ki, kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edilib. Müsabiqənin keçirilməsində məqsəd ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, müasir tələblərə cavab verən rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqəyə 114 vakant yer çıxarılıb. Universitetdə tyutorların, tədris-yardımçı heyətin və Kitabxana-informasiya mərkəzinin əməkdaşlarının da attestasiyası keçirilir. Attestasiyaya ümumilikdə 150-dən çox şəxs cəlb edilib. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsidir. Eyni zamanda ADPU-nun yeni, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsinə, tələbələrin xarici dil öyrənmələrinə ciddi diqqət yetirilir. Rektor qeyd edib ki, ADPU beynəlxalq əlaqələrin genişləndirilməsinə, mübadilə proqramlarında iştirak etməyə böyük əhəmiyyət verir və bu istiqamətdə məqsədyönlü addımlar atır. Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilir.
Səfir Erkan Özoral səmimi və mehriban görüşdən razı qaldığını bildirərək ADPU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib.
Sonra səfir Türkiyə İnkişaf və Əməkdaşlıq İdarəsinin (TİKA) nümayəndələri ilə birlikdə “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzi, Türk odası, Əcnəbi tələbələrlə iş üzrə şöbənin və türkiyəli tələbələrin İdarə Heyətinin fəaliyyəti ilə tanış olub. Daha sonra səfir Erkan Özoral və Təhsil müşaviri Abdulqafur Büyükfırat türkiyəli tələbələrlə görüşüblər. Onlar tələbə-gənclərə yaxşı oxumağı, xalqı, Vətəni sevməyi, Türkiyənin və Azərbaycanın milli maraqlarını üstün tutmağı tövsiyə ediblər. Görüşdə tələbələrin arzu və istəkləri dinlənilib, sualları cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info