Azərbaycan “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfransda təmsil olunub
Tarix: 29.03.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə bu ölkənin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsi ilə “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfrans keçirilir. İnterpol və İnterpolun Fondu ilə birgə təşkil edilmiş konfransın işinə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov başda olmaqla ölkəmizin nüfuzlu nümayəndə heyəti də qoşulub. Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov da Konfrans çərçivəsində keçirilən tədbirlərdə iştirak edir. Konfransı BƏƏ-nin Baş nazirinin müavini, bu ölkənin daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan açıb. Ramil Usubov forum çərçivəsində BƏƏ DİN başçısı Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb. Danışıqlarda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Hər iki tərəf təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildirib. Qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrinin daxili işlər və ədliyyə nazirləri, yüksək vəzifəli polis işçiləri müasir dövrün ümumi təhdidlərinə qarşı birgə mübarizə məsələlərini müzakirə etmək, gələcəkdə təhlükəsizlik üçün yaranan təhdidlərə qarşı mübarizə ilə bağlı öhdəlikləri və qlobal polis strukturunu müəyyən etmək üçün bu konfransa qatılıblar. Tədbir çərçivəsində keçirilən iclasların iştirakçıları terrorizmə, kibernetik cinayətkarlığa, mədəni irs əleyhinə ictimai təhlükəli cinayətlərə, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərə, narkotiklərin yayılmasına və qaçaqmalçılığa qarşı mübarizədə səylərin əlaqələndirilməsi məsələlərinə xüsusi diqqət yetirəcəklər. Forum iştirakçıları bu məsələləri müzakirə edərkən dünyanın müxtəlif ölkələrinin polis orqanları arasında əməkdaşlığı gücləndirmək məqsədilə fikir və təcrübə mübadiləsi aparacaqlar. Təşkilatçıların fikrincə, bu forum beynəlxalq əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək, bu da öz növbəsində, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə şərait yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info