Sankt-Peterburqda 300 mindən çox azərbaycanlının yaşayır
Tarix: 29.03.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Azərbaycan parlamentinin AŞPA və Rusiya Dövlət Duması ilə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb. Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Oqtay Əsədov Pedro Aqramuntun AŞPA-nın sədri kimi Azərbaycana səfərini xatırlayıb və onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə yaxşı məlumatının olduğunu qeyd edib. Görüşdə qeyd olunub ki, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələr genişlənir. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər. Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilə də görüşüb. Görüşdə Azərbaycan parlamenti ilə Dövlət Duması arasında əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sentyabrında Azərbaycana səfəri ilə bağlı məsələləri də müzakirə ediblər. Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ilə görüşüb. Vyaçeslav Makarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnuniyyətlə xatırlayaraq iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə qalxmasında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb. Qanunvericilik Məclisinin rəhbəri Sankt-Peterburqda 300 mindən çox azərbaycanlının yaşadığını və müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə təşəkkürünü bildirib. Vyaçeslav Makarov Azərbaycan ilə Sankt-Peterburq arasında iqtisadi əlaqələri genişləndirməyin, idxal və ixracın səviyyəsinin artırılmasının vacibliyini qeyd edib. Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının prezidenti xanım Kristine Muttonen ilə də görüşüb.





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info