İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb
Tarix: 29.03.2017 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Dünya şöhrətli pianoçu Adilə Əliyevanın İsveçrədə iki kompakt-diski hazırlanıb. Bu haqda Fransanın “Le Dauphiné libéré” jurnalında məlumat verilib. CD-lərdən biri İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digər isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub. Bu CD-lərdə görkəmli İsveçrə (Frank Martin, Jan Daetviler, Liszt və Mendelson) və Azərbaycan (Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov və s.) bəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır.
Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Hazırda Fransanın Annamesse şəhərində yaşayır. O bir müddət İsveçrədə də yaşayıb. Həmin dövr ərzində bir çox konsertlərdə ifa edib və Frank Martin kimi helvetik bəstəkarların əsərlərinin səsyazmasında iştirak edib. Həmvətənimiz 50-dən çox ölkədə, hətta Vatikanda konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir. 
Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına Fransada iki ildən bir pianoçuların müsabiqəsi keçirilir. Növbəti müsabiqə isə bu il mayın 15-dən 18-dək Fransada və İsveçrədə keçiriləcək. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info