Nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqlardan istifadə ilə bağlı təlim keçirilib
Tarix: 29.03.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqlardan istifadə ilə bağlı təlim keçirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb. Bununla bağlı “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim keçirilib. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələri iştirak edib. Yol təhlükəsizliyi məsələləri üzrə ekspert tərəfindən onlara ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təyinatı, əhəmiyyəti, hərəkət rejimi, avtobusların bu zolaqlarda hərəkət xüsusiyyətləri izah edilib.
M.Ağayevin sözlərinə görə, bununla yanaşı, təlimdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə yol verilən hallar, avtobusların bu zolaqda dayanacaq məntəqəsinə daxil olması və oradan yola düşməsi, hərəkət zolaqlarında hərəkət rejimini pozmanın məsuliyyəti kimi vacib məqamlar barədə də ətraflı məlumat verilib. Bu zolaqlarda da yol hərəkətinin bütün qaydalarına riayət edilməsinin zəruriliyi, avtobusun lüzumsuz yerə bu zolaqdan kənara çıxarılmasının yol verilməz olduğu və hər bir avtobus sürücüsünün bu tələbə əməl etməsinin vacibliyi bir daha daşıyıcı şirkətlərin məsul şəxslərinin diqqətinə çatdırılıb. Təlimdə müntəzəm sərnişindaşımaya aid qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən daşıyıcıların hüquq və vəzifələri də müzakirə edilib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq paytaxtın M.Füzuli (Qış parkı boyunca) və Yusif Səfərov (Heydər Əliyev prospekti istiqamətində) küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, müvafiq nişanlanma işləri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info