“Azərbaycandakı şirkət rəhbərlərinin 30%-dən çoxu gəlirlərinin artacağına tam əmindir”
Tarix: 29.03.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


“2016-cı il yalnız Azərbaycan üçün deyil, qlobal iqtisadiyyat üçün çətin olub. Bunun əsas səbəblərindən biri geosiyasi risklərdir. Məsələn, “Brexit” kimi hadisələr bu risklərə daxildir. Biznes bu cür hadisələrin baş verə bilmə ehtimalını öncədən görməyi bacarmalıdır”.
 
Bunu PricewaterhouseCoopers Global (PwC) Mərkəzi və Şərqi Avro üzrə baş icraçı direktoru Olqa Qriqer-Siddons Azərbaycanlı media nümayəndələri ilə görüşündə deyib.
 
Onun sözlərinə görə, PwC bu cür sahədəki təcrübəsi ilə biznes sahələri ilə bölüşməyə tam hazırdır: “Geosiyasi risklər hər zaman var və biz bunları öncədən görməliyik”. O əlavə edib ki,  PwC-nin araşdırmalarına əsasən, qlobal şirkət rəhbərlərinin (CEO) 38%-i 2017-ci ildə gəlirlərinin artacağına tam əmindirlər: “2016-cı ildə bu göstərici 35% olub. Azərbaycanda da göstəricilər analojidir. Optimizmin əsas səbəbi odur ki, dollar iqtisadi qeyri-müəyyənliyi görə bilir. Biz bu təcrübənin yayılmasına nail olmaq istəyirik. Bundan öncə şirkət rəhbərliyi əsasən coğrafi inkişafa can atırdı, hazırda isə daxili inkişafı daha üstün tuturlar. Effektiv idarə olunma informasiya texnologiyalarından daha geniş istifadə xərcləri optimallaşdırır və bu olduqca vacibdir. Biznesin inkişafı rəqəmsallaşma və şəffaflıq üzərində qurulmalıdır”.
 
O əlavə edib ki, PwC Azərbaycana xüsusi önəm verir: “Cəmiyyət etimad yaratmaq və mühüm problemləri həll etmək məqsədi ilə biz Azərbaycan hökuməti, şirkətlər və QHT-lərlə sıx əməkdaşlığı davam etdirəcəyik”.
 
PwC-nin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev isə bildirib ki, Azərbaycan üçün asan olmayan 2016-cı il sistem əhəmiyyətli problemləri üzə çıxardı. Onun sözlərinə görə, 2017-ci il stabilləşmə ili olacaq: “Bunun hesabına 2018-2019-cu illər ərzində Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək. PwC dövlət qurumları və özəl sektorla sıx təmasdadır. Biz dünya təcrübəsini Azərbaycana gətirməkdən məmnunuq”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info