“Neft Daşları” yatağı üçün yeni platforma istismara verilib
Tarix: 29.03.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


“Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.
 
SOCAR-dan verilən məlumata görə, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ``Neftqazelmitədqiqatlayihə`` İnstitutunun layihəsi əsasında tikilmiş platformanın ümumi sahəsi 2 520 kvadrat metrdir. Dənizin 27 metr dərinliyində yerləşən, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib.
 
6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançası tikilib, svay və quyu şaxtaları vurulub, müvafiq boru xətləri çəkilib, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılıb. Platforma 7 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib.
 
Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info