Ali audit qurumlarının beynəlxalq konfransı
Tarix: 16.04.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının (ARABOSAI) IV birgə beynəlxalq konfrans keçirilir.
Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək, konfransın əhəmiyyətini vurğulayıb, belə mötəbər tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. Tədbirdə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. EUROSAİ-nin prezidenti, Portuqaliya Hesablama Məhkəməsinin sədri Guilherme d`Oliveira Martins bildirib ki, iki təşkilat arasında əməkdaşlıq çox önəmli əhəmiyyət daşıyır. Bu, təcrübə mübadiləsi üçün yeni və perspektiv imkanlar açacaq.
BMT-nin Baş Məclisinin Qətnaməsinin əhəmiyyətini qeyd edən EUROSAİ-nin prezidenti dünya səviyyəsində ali audit institutunun tanınması və dövlət səviyyəsində maliyyə nəzarətinin həyata keçirilməsi üçün mükəmməl direktivlərin yarandığını vurğulayıb. Bildirib ki, həm daxili, həm xarici audit qurumları arasında faydalı əməkdaşlıq onların fəaliyyətində şəffaflığı daha da təmin etmiş olur. Həmçinin ali audit institutlarının rolu və şəffaflıq onların müstəqilliyi zamanı mümkün olacaq.
ARABOSAI-nin sədri, Səudiyyə Ərəbistanı Audit Bürosunun prezidenti Osama Faqih təşkilatın yaranma tarixi və onu yaradan zəruri səbəblərdən danışıb. Qeyd edib ki, təşkilat milli məqsədlərin təmin olunması baxımından birgə əməkdaşlığı təmin etmək üçün yaradılıb.
Osama Faqih ali audit institutunun dövlət və fiskal resursların qorunmasındakı rolunu qeyd edib və bildirib ki, milli inkişaf, vəsaitlərin düzgün istifadəsi, yoxsulluğun və korrupsiyanın azaldılması istiqamətində birgə fəaliyyət çox əhəmiyyətlidir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek audit qurumlarının səmərəli hesabatlılıq mexanizminin qurulmasındakı əvəzsiz xidmətlərindən danışıb. BMT-nin Baş Məclisi tərəfindən bu beynəlxalq təşkilatın tarixində ilk dəfə olaraq “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin və şəffaflığının artırılması haqqında” qətnamə qəbul edilib. Konfransda bu qətnamədən irəli gələn çağırışlara uyğun olaraq ayrı-ayrı ölkələrdə qazanılmış təcrübəyə əsaslanaraq ali dövlət hakimiyyəti orqanlarının və AAQ-ların bu sahədəki vəzifələrinin müəyyən edilməsi, səmərəli dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsi, kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətləri və s. barədə müfəssəl müzakirələr aparılır. İki gün davam edəcək konfrans alt-mövzular üzrə 3 sessiyada keçirilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info