“Rumınlar azərbaycanlıları istiqanlı millət kimi tanıyırlar”
Tarix: 29.03.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Kamran Allahverdiyev: “Kluj-AM telekanalında qonaq olub Rumıniya ilə Azərbaycan arasındakı isti münasibətlər, dostluq əlaqələri, ölkəmiz barədə ətraflı danışdım”

Rumıniyada ali təhsilini davam etdirən Kamran Allahverdiyev bu günlərdə yerli telekanalalrdan birində qonaq olub və Azərbaycan, adət-ənənələrimiz haqqında söhbət açıb. Bu barədə “Palitra”ya danışan Kamran Allahverdiyev deyib: “Avram Mirceanın rəhbərlik etdiyi Kluj-AM adlanan telekanala dəvət edildim və Ligia Bocsenin aparıcılıq etdiyi proqramda aktiv iştirak etdim. Burada Rumıniya ilə Azərbaycan arasındakı isti münasibətlər, dostluq əlaqələri, ölkəmiz barədə ətraflı danışdıq. Əsas mövzu isə xalqımızın böyük bayramlarından biri olan Novruz bayramı idi. Çünki bu bayram yenicə bitib və turistlərin diqqətinin çəkilməsi baxımından da belə bayramların təbliği vacibdir. Söhbət əsnasında Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd etdiyimizi və Novruz bayramını baharın ilk günü, yazın gəlməsinin rəmzi kimi də adlandırdığımızı, həmin gün Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşdiyini, yaz fəsli başladığını izah etdim. Əlavə olaraq bu məlumatları da bildirdim ki , Azərbaycanda təbiətin oyanması Novruz ilə başlayır və hətta Novruzun gəlişinə bir ay qalmış çox təntənəli şəkildə bayrama hazırlıqlar başlayır. Hər həftənin çərşənbə axşamı öz adət-ənənələrimizə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbələri də olur) qeyd edilir. Bir sıra maraqlı məqamlara da toxundum ki, çox güman bu rumın tamaşaçılar üçün qeyri-adi görünəcəkdi. Buna misal olaraq Novruz bayramında, çərşənbələrdə həyətlərdə tonqalların qalanmasıdır. Tonqalın üstündən atlanaraq köhnə ilin azar-bezarının da yandırılması kimi inancın olmasını nəql etdim. Onu da qeyd etdim ki, odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar. Bildirdim ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bayramda Novruz süfrəsi, Novruz xonçası olur. Bütün bunlar aparıcının da diqqətini çəkdi. Həmçinin izah ediridim ki, bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir. Digər maarqlı adətlərimizə də toxunub danışdım ki, hətta Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar. Bildirdim ki, Ənənələrimizə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, Novruzun ilk gecəsi səhərədək şam yandırılır, söndürülmüş ocaq, sönmüş şam isə uğursuzluq əlamətidir. İstiqanlığımızdan da söz açıb dedim ki, Novruz bayramında kin-küdürət unudulur. Heç kəs bir-biri ilə küsülü qalmır. Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır. Bütün bunları rumın tamaşaçılar üçün izah etdikdən sonra bəzi rumın dostlarım da mənə müraciət edərək bayramımız haqqında daha ətraflı məlumat verməyimi xahiş edirdilər. Ümumiyyətlə qeyd edim ki, rumınlar azərbaycanlıları istiqanlı millət kimi tanıyırlar”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info