Biləsuvarda 40 min 540 nəfər pulsuz tibbi müayinədən keçirilib
Tarix: 29.03.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Biləsuvarın səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinəsi davam edir.
AZƏRTAC xəbər verir ki, rayonda əhalinin kütləvi pulsuz tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır.
Humanitar aksiyanın mütəşəkkil başa çatdırılması üçün rayon icra hakimiyyətində yaradılmış komissiya kompaniyanın gedişinə ciddi nəzarət edir, müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Yerli mətbuat orqanlarında, idarə, müəssisə və təşkilatlarda, şəhər və kənd yaşayış məntəqələrində əhalinin tibbi müayinəyə tam cəlb olunması üçün maarifləndirmə işləri aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Rövşən Pənayev AZƏRTAC-a müsahibəsində deyib: “Humanitar aksiya çərçivəsində əhalinin tibbi müayinəsi 3 xəstəxana, 20 həkim və tibb müəssisəsində aparılır. 50 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 75 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub”.
Aksiya çərçivəsində indiyədək 40 min 540 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 2147 vətəndaş ambulator, 147 nəfər stasionar müalicəyə cəlb olunub. 74 xəstə isə Bakı şəhərinin ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
MAHMUD




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
23.05.2019
600 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info