“Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli“ konfransı keçirilib 
Tarix: 29.03.2017 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


İsveçrənin Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin və “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyasının təşəbbüsü ilə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Konfransdan öncə Azərbaycan nümayəndə heyəti konfransın keçirildiyi Dinlər Evi ilə tanış olub, “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb, o cümlədən Dinlər Evində mövcud olan müxtəlif dinlərin ibadət və görüş yerlərini ziyarət ediblər.
Dinlər Evinin nümayəndəsi Dr.Brigitta Rotachın moderatorluğu ilə keçirilən konfransda Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ölkəmizdə multikulturalizmin xalqın həyat tərzi və dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, səfir tolerantlıq və multikulturalizm siyasətinin aktuallığına diqqəti çəkib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı çıxışında Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların birgə yaşadığına diqqət çəkərək bu tendensiyanın ölkəmizdə tarixən mövcudluğunu qeyd edib. Tədbirdə İsveçrə Dinlər Evinin rəhbəri Gerda Haukun İsveçrədəki multikulturalizm mövzusunda məruzəsi dinlənilib. Konfrans zamanı “Azərbaycan - tolerantlıq məkanı” adlı film nümayiş etdirilib və “Azərbaycan- multikulturalizm məkanı” sərgisinə baxış keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov çıxış edərək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələri, xüsusən Azərbaycan multikulturalizmi fənninin ölkədaxili və xaricində tədrisi, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından nəşr olunan kitablar haqqında məlumat verib. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov və Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycan multikulturalizminin unikallığı və qlobal arenadakı sülhyaradıcı funksiyaları haqqında söz açıblar. Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda Dinlər Evinin qəbul salonunda ölkəmizin İsveçrədəki səfirliyinin adından tədbir iştirakçılarına Azərbaycanın milli təamları təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info