Cəfər Cəfərov: “Universitet və orta məktəblər arasında əməkdaşlıq hədəflərə çatmağımıza zəmin yaradır”
Tarix: 29.03.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə universitetdə “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada ADPU-nun və Təhsil İnstitutunun rəhbərliyi, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, fakültə dekanları, universitetin pedaqogika, psixologiya və metodika kafedralarının müdirləri, ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ali təhsil müəssisələrinin kafedra müdirləri, Bakı şəhərinin ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, belə dəyirmi masaların keçirilməsi fikir və təcrübə mübadiləsinin aparılması baxımından mühüm rol oynayır. Belə tədbirlər bir platforma rolunu oynayaraq əməkdaşlıq əlaqələrimizin genişlənməsinə və təhsil sahəsində qarşımıza qoyduğumuz məqsədlərə, hədəflərə çatmağımıza zəmin yaradır. Biz universitet və orta məktəblər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, bu işin metodika və metodologiyasının təkmilləşdirilməsi, bütövlükdə təhsilin, xüsusilə də, pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi üçün birgə səmərəli fəaliyyət göstərməliyik.
Dəyirmi masada çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev belə tədbirlərin ali təhsil müəssisələri ilə ümumi təhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsinə səmərəli təsir etdiyini bildirib və dəyirmi masa iştirakçılarına uğurlar arzulayıb.
Dəyirmi masanın moderatoru, ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev qeyd edib ki, biz müasir dünyanın təhsil sahəsində qarşıya qoyduğu çağırış və tələblərə cavab verməli, orta məktəblər üçün yüksək bilik səviyyəsinə malik mütəxəssislər hazırlamalıyıq.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktor müavini, dosent Ənvər İmanov slayd vasitəsilə “Universitet və məktəb əlaqələrinin mövcud vəziyyəti, problemlər və ideyalar” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, təhsilin müasirləşdirilməsi qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, innovasiyaların tətbiqi ilə bağlıdır. İnsan resurslarını müasirləşdirmək, innovativ təlim metodlarının tətbiqi, səriştəli təhsil verənlərin formalaşdırılması əsas strateji istiqamətlərdir. Müəllim hazırlığı baxımından davamlı universitet-məktəb əlaqələrinin yaradılması, müəllim hazırlığı prosesində pedaqoji təcrübələrin səmərəli təşkili, universitetdə müəllim hazırlığı üzrə standart və kurikuluma daxil olan fənn proqramlarının məktəb fənn proqramları ilə uyğunlaşdırılması, universitetdə ümumtəhsil məktəb müəllimlərinin istiqamətlər üzrə əlavə təhsilinin təşkili, universitetin filiallarının bazalarından istifadə etməklə orta məktəblərdə təlimin metodları və məzmununun yenilənməsi üçün regionlarda elmi-praktik konfransların keçirilməsi, xüsusi qabiliyyətli şagirdlərin aşkara çıxarılması, tədris-metodik resursların hazırlanması işinə ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin cəlb edilməsi və ustad dərslərinin davam etdirilməsi vasitəsilə orta məktəb müəllimlərinin universitetin tədris prosesinə cəlb olunması, şagirdlərdə müəllim peşəsinə həvəs yaratmaq məqsədilə universitetin tanınmış alim-pedaqoqları ilə məktəblilərin görüşlərinin mütəmadi təşkil olunması, Təhsil İnstitutu ilə birgə pedaqoji eksperimentlərin aparılması vacib vəzifələrdir.
Səmərəli və işgüzar şəraitdə keçən dəyirmi masada Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov, ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin direktor müavini Hüseyn Əsgərov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Fizikanın tədrisi metodikası kafedrasının müdiri, dosent Razim Abdurazaqov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Zərifə Əliyeva adına Liseyn direktoru Mehriban Vəliyeva, 132-134№-li Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 19 №-li tam orta məktəbin direktoru Akif Əliyev, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev çıxış ediblər. Çıxışlarda ali məktəblərlə orta məktəblərin birgə layihələr həyata keçirməsi, tələbə-gənclərin orta məktəblərə cəlb edilməsi, şagirdlər üçün ali məktəblərdə “Açıq qapı günləri”nin yeni formatda keçirilməsi, universitet və məktəb əlaqələrində tədris-pedaqoji fəaliyyət istiqamətləri, ali məktəblərlə orta məktəblərin vahid şəbəkə əsasında fəaliyyət göstərməsi, qabaqcıl dünya təcrübəsinin tətbiqi, xarici universitetlərlə müəllim mübadiləsinin aparılması, cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, 12 illik təhsilə keçidin müsbət cəhətləri, informasiya-kommunikasiya texnologiyalarının təlim-tərbiyə, tədris prosesinə tətbiqinin genişləndirilməsi, pedaqoji kadr hazırlığına, dərslik və dərs vəsaitlərinə tələblərin yüksəldilməsi, şagird və tələbələrdə mütaliə mədəniyyətinin və elmi biliklərin formalaşmasının vacibliyi ilə bağlı maraqlı fikir və təkliflər səsləndirilib. Bu mövzuda dəyirmi masaların davamlı keçirilməsi üçün ADPU və Təhsil İnstitutunun əməkdaşlarından ibarət komissiyanın yaradılması qərara alınıb.
Dəyirmi masaya yekun vuran ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev səslənən səmərəli və dəyərli təkliflərin təcrübəyə tətbiq edilməsinin vacibliyini vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info