BANM-də İT ilə bağlı seminar
Tarix: 29.03.2017 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi “İT karyeranın inkişafı” və “Elektron hökümət həllərindən istifadə” mövzular üzrə seminar keçirilib. Seminarda BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov və ali məktəbin tələbələri iştirak etdilər.
Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verərək onların bu sahə üzrə karyera qurmaq imkanlarını qeyd edib. O bildirib ki, seminarın əsas məqsədi İT sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnməsini təmin etməkdir: “Bizim məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır”.
Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov təqdim olunan seminarın əhəmiyyətindən danışaraq bildirib ki, müasir gənclərin İnformasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu cür seminarlar çox vacibdir. O, qeyd edib ki, müasir dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdır.
Daha sonra Elvin Cəfərov “Elektron Hökumət” haqqında ümumi məlumat verərək qeyd etdi ki, bu proqram müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərinin göstərilməsinə şərait yaradır.
Seminar sual-cavab sessiyası və müzakirələrlə yekunlaşıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info