Muxtar respublikada ÜDM istehsalının həcmi artıb
Tarix: 29.03.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-fevral aylarında 332 milyon 643 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 740 manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 164 milyon 647 min 700 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyib.
Bu ilin yanvar-fevral aylarında 13 milyon 982 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib. Muxtar respublika üzrə diri çəkidə 3 min 443 ton ət, 4 min 843,9 ton süd istehsal edilib, bir il öncəyə nisbətdə ət istehsalı 5,7 faiz, süd istehsalı 1,5 faiz artıb.
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 242 milyon 336 min 900 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 539,1 manat təşkil edib.
Cari ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,4 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
08.12.2019
Hansı partiyalar parlament seçkisində iştirak edəcək?
07.12.2019
Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradılıb
07.12.2019
Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info