ABŞ Konqresi internetdə şəxsi informasiyanın qorunması qaydalarını ləğv edib
Tarix: 29.03.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatası İnternetdə şəxsi informasiyanın qorunması qaydalarının ləğv edilməsinin lehinə səs verib. Xatırladaq ki, həmin qaydalara görə, internet-provayderlər istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini maksimum dərəcədə təmin etməlidirlər. İnternet-provayderlər istifadəçilərə aid şəxsi məlumatlardan, onların yerləşdiyi ərazi, maliyyə vəziyyəti və səhhəti barədə məlumatlardan istifadə etmək, habelə reklam və marketinq məqsədləri üçün internetdə axtarışların tarixini izləmək üçün onlardan xüsusi icazə almağa borcludurlar. Hazırda qüvvədə olan qadağa qaydaları Barak Obamanın prezidentliyi dövründə tətbiq edilib. Ağ evin bəyanatında göstərilir ki, Prezident Tramp şəxsi informasiyanın qorunması qaydalarının ləğv edilməsini dəstəkləyir. Gözlənildiyinə görə, Prezident Tramp iri telekommunikasiya şirkətlərinin bu cür məlumatları sataraq külli məbləğdə mənfəət əldə etməsinə imkan verən sənəd imzalayacaq. Bu halda “AT&T” və “Verizon” kimi şirkətlər daha çox qazanc əldə edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info