Moldova prezidenti referendum keçiriləcəyini elan edib
Tarix: 30.03.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Parlament mənim təklif etdiyim bütün təşəbbüslərə qarşı çıxır”

Moldova prezidenti İqor Dodon dövlət başçısı kimi 100 günlük fəaliyyətinin yekunu olaraq təşkil etdiyi mətbuat konfransında hesabat verib. O, bu müddət ərzində ölkədə yaşanan nailiyyət və problemlərlə yanaşı, gələcək planları haqqında da danışıb. Xatırladaq ki, Dodan ötən ilin 23 dekabrında Moldova prezidenti seçilib. Seçki zamanı Moldova məhsullarını Rusiya bazarına qaytarmaq, enerji sahəsində əməkdaşlığı normallaşdırmaq və Moskva ilə strateji tərəfdaşlığı bərpa etmək niyyətində olduğunu bəyan edən Dodon mətbuat konfransında bir daha bəyan edib ki, Rusiya ilə münasibətləri bərpa etmək ölkə üçün çox vacibidir.

Referendumda növbədənkənar parlament seçkiləri və prezidentin səlahiyyətlərinin artırılması kimi məsələlər qoyulacaq

Erkən parlament seçkilərinə nail olmaq üçün müxtəlif siyasi partiyaların səylərini birləşdirməyə çağırış etdiyini xatırladan Dodon qeyd edib ki, onun çağırışı cavabsız qalıb: “Yaxşılığa doğru dəyişiklik istəyən ölkə əhalisinin əksəriyyəti mənim prezident seçilməyimə səs verib. Mən də həmin insanlara yaxın prezidenti olacağımla bağlı vəd vermişəm. Lakin parlament mənim təklif etdiyim bütün təşəbbüslərə qarşı çıxır”. Buna görə də Moldova prezidenti sentyabrın 24-də ölkədə konsultativ referendum keçiriləcəyini elan edib. Referendumda növbədənkənar parlament seçkiləri və prezidentin səlahiyyətlərinin artırılması kimi məsələlər qoyulacaq. Moldova prezidenti kimi, ilk səfərini Rusiyaya etdiyini xatırladan Dodon deyib: “Moskvada keçirdiyim görüşlərdə qaldırdığım bir sıra məsələlər həll edildi. Ölkəmizdə istehsal olunan müəyyən kateqoriyalı məhsulların Rusiyaya ixracı yenidən bərpa edildi. Rusiya prezidenti ilə görüşüm zamanı, Dnestryanı münaqişənin həlli, Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin imzalanması ilə bağlı məsələlər də müzakirə olundu” . Dodonun sözlərinə görə, Moskvaya son səfəri zamanı Rusiyaya strateji tərəfdaşlıq haqqında yeni müqavilə imzalamğı təklif edib. Ölkəsinin neytrallıq mövqeyinə toxunan Dodon bu məsələnin NATO ilə Brüsseldə müzakirə olunduğunu xatırladıb: “Siz mənim NATO ilə bağlı mövqeyimlə tanışsınız. Bu mövqe dəyişməz olaraq qalır. Biz Moldovanın neytrallığının tanınması haqqında sənədlərlə bağlı ekspert qrupu yaratmışıq. NATO nümayəndələri də bizimlə razılığa gəlib. Biz yaxın gələcəkdə neytrallıq haqqında qanunun parlamentdə qəbul edilməsinə çalışacağıq”. Rumıniya ilə münasibətlərə toxunan Dodon qonşu ölkə ilə zəruri dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da qorumağa çalışacaqlarını bildirib. Bununla yanaşı o, Buxarestin Moldovanın daxili işlərinə müdaxilə edə biləcəyinə icazə verməyəcəklərini də vurğulayıb. Tanınmayan Dnestryanı bölgənin lideri Vadim Krasnoselski ilə danışıqların bərpa olunmasına diqqət çəkən Dodon qeyd edib ki, bu günlərdə keçiriləcək növbəti görüş zamanı müəyyən məsələlərin həllində irəliləyişə nail olmaq üçün çalışacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info