“Brexit” Britaniyanı parçalaya bilər
Tarix: 30.03.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Tereza Mey ölkənin Avropa İttifaqından çıxmasına rəsmi hazırlıq prosedurunun başlanmasına dair bildiriş imzalayıb

Böyük Britaniyanın baş naziri Tereza Mey Lissabon sazişinin 50-ci maddəsini əsas tutaraq ölkənin Avropa İttifaqından çıxmasına rəsmi hazırlıq prosedurunun başlanmasına dair rəsmi bildiriş imzalayıb. BBC-nin məlumatına görə, Lissabon sazişinin 50-ci maddəsinə əsasən, əgər bir ölkə Avropa İttifaqından çıxmaq istəyirsə, öz Konstitusiyanın tələblərinə uyğun olaraq qurumdan çıxmaqla bağlı müraciət etməli və bundan sonra rəsmi danışıqlar başlamalıdır.
Bunun üçün 2 ildən çox zaman tələb olunur. Xatırladaq ki Britaniya hökumətinin Aİ rəhbərliyinə qurumun tərkibindən çıxmaqla bağlı sorğu göndərməsinə icazə verən qanun kraliça II Yelizaveta tərəfindən bu il martın 16-da imzalanaraq qüvvəyə minib. Qaydalara əsasən martın 31-də Avropa İttifaqının rəsmisi Donald Tusk bununla bağlı birliyə üzv dövlətlərin liderlərinə məlumat verəcək. Onlar isə aprelin sonunda keçiriləcək xüsusi sammitlərdə bu məsələni müzakirə edəcəklər.

“İki dəmir ledi”nin Qlazqo görüşü nəticəsiz qaldı: şotlandlar müstəqillik istəyirlər, Şimali İrlandiya narazıdır

Təxminən bir ay sonra isə Britaniya və Avropa İttifaqı rəsmiləri üz-üzə görüşəcəklər. Əsl mübarizə də onda başlayacaq. Məsələ ondadır ki, Avropa İttifaqı Britaniyanın qarşısında 70 milyard dollarlıq borc məsələsini qoymaq istəyir. Bu məbləğ, krallığın ümumavropa məsələlərində nəzərdə tutulan vəsaitlər və Brüssel məmurlarının on minlərlə dollarla ölçülən təqaüdlərinə əsasən hesablanıb. Londondan tələb ediləcək ki, həmin vəsaiti ödəsin. “Biz Londona elə dərs verəcəyik ki, başqaları bir daha bizim yanımızdan qaçmaq haqqında düşünməsin. Seçim belə olacaq: ya masa üstündə nə varasa onu yeyin, ya da masaya yaxın gəlməyin”- deyə Avropa Komissiyasının rəhbəri Yunker bildirib. Temza sahillərində güzəştə getmək haqqında düşünmürlər. Tərəfləri ciddi mübarizə gözləyir. İngilis tarixçilər rəsmi bildirişin imzalanmasının martın 29-na təsadüf etməsini narazılıqla qarşılayıblar. Onlar bildirirlər ki, məhz 1461-ci il martın 29-da Tautone döyüşü baş verib və həmin döyüşdə ingilis əhalisinin bir faizi qırılıb. 1912-ci il martıq 29-da isə Birləşmiş Krallığın milli qəhrəmanı Robert Skott vəfat edib. Antarktidanın ilk tədqiqatçılarından olan Skottun gündəliyinə yazdığı son cümlə “Allah xatirinə, bizim xalqın qeydinə qalın”olub.

Britaniyanın Avropa İttifaqından ayrılma ilə bağlı məktubu dünən Donald Tuska şəxsən təqdim edilib

Temza sahillərində yumşaq ayrılma tərəfdarları da var. Onların əsas arqumenti iqtisadi məsələdir. Məlum referendumdan sonra Britaniyada inflyasiya artıb, funt-sterlinq 20 faiz ucuzlaşıb. Dünyanın ən nəhəng investisiya banklarından biri olan “Qoldman Saks” adada olan 6 minlik heyətini “evakuasiya” planı haqqında məlumat yayıb. Şaxələnmiş maliyyə bazarına malik olan Britaniyada vəkillər bu sahədən çox pul qazanırlar. Onlar müştərilərini itirməkdən qorxurlar. Britaniya parlamenti ticarət, maliyyə, sərhəd, gömrük kimi sahələrlə bağlı yeni qanunlar qəbul etməlidir. Bəs krallıq ərazisində yaşayan avropalıların məsələsi necə olacaq? Ən maraqlı məqamlardan biri Şotlandiyanın müstəqilliyi ilə bağlı referenduma getməsidir. Britaniya baş naziri Tereza Mey Şotlandiyanın birinci naziri Nikolo Stercenlə həftənin birinci günü görüşüb və heç bir razılıq əldə edilməyib. “İki dəmir ledi”nin Qlazqo görüşü nəticəsiz qalıb. Şotlandlar müstəqilik istəyir. Şimali İrlandiya da “Brexit”ə qarşıdır. Onlar əlavə gömrük rüsumu ödəmək, ucuz işçi bazarına çıxışdan məhrum olmaq istəmirlər. Belə getsə, Böyük Britaniya, sadəcə, Britaniya olacaq və yaxud Uelsli İngiltərə. Son məlumatlata görə, Britaniyanın Avropa İttifaqından ayrılma ilə bağlı məktubu dünən günün ikinci yarısında Avropa İttifaqının rəhbəri Donald Tuska şəxsən təqdim edilib. Bu xəbər dünya mediasında son dəqiqə xəbəri kimi yayılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info