“Gənclərdən istifadə edənlər aksiyalar zamanı ya xaricdə olur, ya da gizlənirlər”
Tarix: 16.04.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Radikal müxalifət partiyaları və özlərini müxalifətçi adlandıran yalançı “vətənpərvər”lər var ki, ölkədə, regionda və dünyada gedən siyasi proseslərdən bixəbər olan gəncləri özlərinin çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər. Belə insanların məqsədi müxalifətçilik deyil, dövlətimizin milli təhlükəsizlik maraqlarına zərbə vurmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaq barədə onları idarə edən qüvvələrin verdiyi tapşırıqları “layiqincə” yerinə yetirməkdir. Bəs Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları məlumatsız gənclərin belə insanların alətinə çevrilməməsi, gənclərdə dövlətçilik şüurunun gücləndirilməsi üçün nə kimi işlər görürlər? Gənclərin radikal müxalifətə, yaxud ölkəmizdə ictimai-siyasi vəziyyəti bilə-bilə xaosa sürükləmək istəyənlərəmünasibəti necədir?
Azərbayacn Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun məsələyə münasibəti belə oldu: “ Ölkədə hazırda normal fəaliyyət göstərən 200-ə yaxın gənclər təşkilatları var. Bu gənclər təşkilatlarının əksəriyyəti ya konkret sahələr, yaxud da geniş şəbəkə şəklində fəaliyyət göstərirlər. Bu gün radikal müxalifətin sırasına qoşulan gənclər özlərini hərtərəfli şəkildə inkişaf etdirmək üçün normal fəaliyyət göstərən gənclər təşkilatlarına qoşulmalı və ya özləri normal şəkildə təşkilatlanmalıdırlar. Emin Milli və onun kimi “gənc qəhrəman”lar öz məqsədlərinə nail olmaq üçün belə gənclərdən istifadə edirlər. Onlar məqsədlərinə çatmaq üçün sözlə ifadə edilməsi mümkün olmayan vasitələrdən belə istifadə etməyə hazırdırlar. Son aksiyalarda da bunu gördük. Necə olur ki, xaricdən gələn qonaqlar dövlətimizin gənclərlə bağlı siyasətini, layihələrimizi bəyənir, dövlətimizin təcrübəsindən yararlanmaq istəyir, amma Emin Milli kimilər gənclər siyasətini, yaxud dövlətimizin apardığı siyasəti, ümumiyyətlə bəyənmirlər. Dövlətimiz getdikcə güclənir, gücləndikcə də dostlarımızın sayı artdığı kimi, bizi istəməyənlərin sayı da artır. Azərbaycan dövləti gənclərlə bağlı, onların hərtərəfli inkişafı üçün çoxşaxəli siyasət həyata keçirir və bu gün gənclərimizin inkişafı üçün hər cür imkanlar var. Sadəcə olaraq başını qaldırıb ətrafına nəzər salmaq, nə istədiyini qətiləşdirmək lazımdır. Normal fəaliyyət göstərən təşkilatlara qoşularaq belə gənclər həm özlərini inkişaf etdirə bilərlər, həm də xalqa, dövlətimizə yararlı olan fəaliyyətlə məşğul olarlar. Mən yenə də gənclərimizi özünü “gənc qəhrəman” adlandıranlara deyil, normal fəaliyyət göstərən təşkilatlara qoşulmağa, yaxud normal təşkilatlanmağa çağırıram.
ATGTİ də digər gənclər təşkilatları kimi gənclərimizdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. İl ərzində özümüzün və təşkilatlatlarımızın 500-ə yaxın tədbirləri olur ki, belə tədbirləri keçirməkdə məqsədimiz gənclərimizdə dövlətçilik şüurunu yüksəltmək və onlara Azərbaycançılıq ideologiyasını daha da dərindən aşılamaqdır.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info