“Ç elsi” rəhbərliyi baş məşqçi Antonio Konte ilə yeni müqavilə
Tarix: 30.03.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


imzalamağa hazırlaşır. Təcrübəli mütəxəssis həm bunu, həm də yeni transfer məsələsini müzakirə etmək üçün klubun sahibi Roman Abramoviçlə görüşüb. Yeni sazişə ilkin razılıq verən təcrübəli mütəxəssisin Abramoviçdən istədiyi ilk futbolçu “Arsenal”ın hücumçusu Aleksis Sançes olub.
Baş məşqçi Arsen Vengerlə yola getmədiyi və yeni müqavilə üçün maaşının artırılmasını tələb edən çilili futbolçunun yayda “Arsenal”dan ayrılması gözlənilir. Həftəlik məvacibi 130 min funt-sterlinq olan Sançes “topçular”dan 250 min tələb edir. “Arsenal”dan fərqli, “Çelsi” bu məbləği ona verməyə hazırdır. Ancaq PSJ, “Yuventus” və “İnter”in də 28 yaşlı ulduz futbolçunun keçidində maraqlı olmaları “zadəganlar”ın işini çətinləşdirir. “Arsenal” rəhbərliyi yeni müqaviləyə razılıq verməyəcəyi təqdirdə, onu 55 milyon avroya satmağı planlaşdırır. Çünki futbolçunun klubla anlaşma müddəti gələn ilin yayına qədərdir. Bu keçid baş tutarsa, “Çelsi” 2006-cı ildən sonra ilk dəfə Londonun digər təmsilçisi “Arsenal”dan oyunçu almış olacaq. Sonuncu dəfə 11 il əvvəl Eşli Koul “kanonirlər”i “mavilər”ə dəyişib. Qeyd edək ki, Antonio Kontenin transfer siyahısındakı digər futbolçular David Alaba (“Bavariya”), Aleks Sandro (“Yuventus”), Romelu Lukaku (“Everton”) və Aleks Moratadı (“Real”).




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info