“Wikipedia.org“-da Azərbaycana dair Özbək dili versiyası yaradılır
Tarix: 30.03.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


​Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək dilində məlumatlarla zənginləşdirilməsi işi həyata keçirilir.
​Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə 2016-cı ildə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyada aparılan monitorinq nəticəsində məlum olub ki, sözügedən məlumat bazasında Azərbaycana dair Özbək dilində məlumatlar olduqca az və demək olar ki, yox səviyyəsindədir.
​S.Abbasov qeyd edib ki, bununla əlaqədar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təklif göndərilib və nazirlik Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair özbək bölməsinin yaradılması təklifini yüksək
qiymətləndirib, layihəyə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
​"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi mənbə olduğunu və dünyanın əksər dillərində məlumatların mövcud olmasını nəzərə alaraq, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən nəhəng layihəyə start verib.
​Bununla əlaqədar, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən xüsusi komissiya yaradılıb, Özbək dilinə tərcümə ediləcək materiallar müəyyənləşdirilib, sistemləşdirilib və tərcüməçi alimlərlə (Usman Kuçkarov, Rüstəmcan Cabbarov, Şaxlo Kasımova) sözügedən materialların Azərbaycan dilindən Özbək dilinə tərcüməsinə dair razılıq əldə olunub. Artıq Mədəniyyət Mərkəzi tərəfindən proses başlanılıb.
​Materiallar tərcümə və redaktə olunduqdan sonra Beynəlxalq Elektron Ensiklopediyada Özbək dili üzrə yaradılan bölmələrə daxil edilir.
​Layihə çərçivəsində internetdə Azərbaycana dair Özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə biləcəklər.
​Aparılan gərgin iş artıq öz nəticəsini verib. Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xankəndi şəhəri, Şuşa rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, ermənilərin Qarabağa köçürülməsi, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı adlı bölmələr tam yaradılıb, yeni məlumatlar və şəkillərlə zənginləşdirilib.
​Hazırda Azərbaycan tarixi ən qədim dövrlərdən müasir dövrlərədək, xüsusi ilə müstəqillik dövrü, Zəngəzur, Qarabağın etimologiyası, Xocalı şəhəri, Laçın, Kəlbəcər, Ağdam rayonları, Xocalı soyqırımı, azərbaycanlıların tarixi torpaqlarından, öz yurdlarından deportasiyası, 20 yanvar, 20 noyabr, Ağdaban, Qaradağlı faciəsi, Xocalı soyqırımı, Azərbaycan iqtisadiyyatı, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, şəhərləri, ölkəmizin turizm məkanları, Azərbaycan ədəbiyyatı, klassikləri haqqında məlumatlar, habelə Azərbaycan üçün prioritet əhəmiyyət daşıyan məlumatların hazırlanması işi həyata keçirilir.
​Mənbələr, ədəbiyyat siyahısı olmadığı halda məlumatların "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasına daxil olunması qeyri-mümkündür, habelə informasiyaların bir-biri ilə bağlılığı, məlumatlar arasında keçid linklərinin olması həyata keçirilən işlər üçün böyük əmək tələb edir. Son zamanlar Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan onlarla kitabın elektron versiyası da Ensiklopediyaya daxil edilməsi nəzərdə tutulub.
​Qeyd edək ki, digər dillərdə olduğu kimi Özbək dilində də qlobal axtarış saytlarında "google.uz", "yandex.ru" və s. sistemlərdə sorğu verildikdə əsasən ilk mənbə kimi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasının məlumatlarına istinad edilir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info