Rusiya Arktikada neft axtarışına 600 milyard dollaradək sərmayə qoymağı planlaşdırır.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, Rusiya qarşıdakı 20 il ərzində Şimal Qütbündə enerji resurslarının inkişafı üçün 400-600 milyard dollar investisiya qoymağı nəzərdə tutur.
Rusiyanın hər il Arktikada 93 milyon ton neft hasil etdiyini deyən A.Novak bildirib: “2035-ci ilə qədər Rusiya ümumi neft hasilatında Şimal Qütbündən hasil edilən neftin həcminin 22 faizə çatdırılması planlaşdırılır. Lakin Arktikada hasil edilən neftin gəlirli olması üçün isə neft qiyməti 70-100 dollar/barrel intervalında olmalıdır”.
Mahmud
|