Muxtar respublikanın ali təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 30.03.2017 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Erməni qəsbkarları tarixən Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldıraraq zaman-zaman xalqımıza qarşı amansız qırğınlar, soyqırımı törədiblər. 1918-ci ilin mart ayında törədilən soyqırımı aktı da həmin qətliamlar arasında ən dəhşətlilərindən biridir.
Bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib. Rektor bildirib ki, 1918-ci ilin mart qırğınları da ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindəndir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Saleh Məhərrəmov gəncliyimizi tariximizə qanla yazılmış bu hadisələri daim xatırlamağa və həqiqətlərin dünya xalqlarına çatdırılması istiqamətində səyləri əsirgəməməyə səsləyib.
Lektoriyada Ümumi tarix kafedrasının dosenti Abdulla Mustafayev çıxış edərək ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən söz açıb. Soyqırımının tarixinə nəzər salan Abdulla Mustafayev bildirib ki, 1918-ci ilin mart hadisələrində ermənilər üç gün ərzində təkcə paytaxt Bakı şəhərində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə də minlərlə soydaşımız amansızlıqla öldürülüb. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Qeyd olunub ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapıb və bu sənəddə 31 mart soyqırımına siyasi-hüquqi qiymət verilib.
X X X
Naxçıvan Müəllimlər İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Konfransı institutun rektoru, professor Oruc Həsənli açaraq qeyd edib ki, tarixin müəyyən mərhələlərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilib. 1918-ci ilin mart soyqırımı xalqımız üçün ən faciəli səhifələrdən biri olub. Terrorçu daşnak dəstələri təkcə Bakıda deyil, eyni zamanda Şamaxıda, Qubada, Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda və digər bölgələrdə xalqımıza qarşı qəddarcasına soyqırımı törədiblər.
Bildirilib ki, istər XX əsrin əvvəllərində, istərsə də sonunda ermənilər öz sərsəm “dənizdən-dənizə böyük Ermənistan” xülyalarını həyata keçirmək üçün hər cür yola əl atıblar. Ötən əsrin sonunda həyata keçirilən Xocalı soyqırımı ermənilərin iç üzünü bir daha dünyaya göstərib. Bu gün bir sıra dünya dövlətləri erməni vəhşiliyinin nəticəsi olan Xocalı soyqırımını tanıyırlar.
İnstitutun Humanitar və təsviri incəsənət kafedrasının dosenti Xəzər Hüseynov çıxışında dəfələrlə xalqımıza qarşı həyata keçirilən soyqırımlarının səbəblərindən danışıb. Vurğulayıb ki, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı olan 1918-ci il mart soyqırımı bəşər tarixində ən qanlı və misligörünməmiş faciələrdən biri kimi qalıb. Erməni daşnakları 1918-ci il mart ayının 30-31-i və aprelin 1-də paytaxt Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində dəhşətli soyqırımı aktları törədiblər. Üç gün ərzində Bakı Kommunası, xüsusilə onun rəhbəri S.Şaumyan tərəfindən müdafiə edilən və istiqamətləndirilən ermənilər Bakı şəhərində 15 mindən çox azərbaycanlını qətlə yetirib. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Soyqırımı həyata keçirilərkən milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr də dağıdılıb, yaşayış məntəqələri xarabalığa çevrilib. 1918-ci ilin mart və aprel aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Göyçayda, Salyanda və Lənkəranda kütləvi qırğınlar törədib, 50 mindən çox soydaşımızı qətlə yetiriblər.
Qeyd olunub ki, qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda və Naxçıvanda daha amansız şəkildə törədilib. 1918-1920-ci illərdə ermənilər Qarabağda 157, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Şamaxıda 58, Qubada 122, Göyçədə 22, Dərələyəzdə 74, Vedibasarda 118 kəndi viran qoyub, əhaliyə qanlı divan tutublar. Həmin illərdə Azərbaycanda ermənilər tərəfindən minlərlə insan qətlə yetirilib. Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törədiblər. Naxçıvan ərazisi hərbi anda xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalıb. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edib, əhaliyə divan tutub, qadınları, uşaqları, qocaları belə öldürüblər.
Bildirilib ki, sovet hakimiyyəti illərində ermənilərin törətdikləri soyqırımlar xalqa zorla unutdurulub, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulub, faciənin əsl mahiyyəti təhrif olunub, xalqımızın tarixi saxtalaşdırılıb. Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı əsrlərboyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilib və ona siyasi-hüquqi qiymət verilib. Həmin Fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycanın milli məsələlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün müstəqil Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində dünya ictimaiyyəti ermənilərin törətdiyi soyqırımı aktları barədə məlumatlandırılır, həmin cinayətlərə siyasi-hüquqi qiymət verilir.
AZƏRTAC–ın Naxçıvan Muxtar Respublikasındakı bürosu




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info