ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarix: 30.03.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan və ingilis dillərində 31Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Vətən oğulları” adlı ədəbi-bədii tədbir keçirilib. Öncə tədbir iştirakçıları azərbaycanlıların soyqırımını əks etdirən kitab sərgisi ilə tanış olublar. Tədbirdə milli hərbi geyimli oğlan və tələbə qızlar Azərbaycanın Dövlət Himnini oxuyublar. Qeyd edək ki, Filologiya fakültəsi tələbələrinin hazırladıqları “Vətən oğulları” adlı ədəbi-bədii tədbirdə tarixi keçmişimizlə bu günümüz arasında bir körpü yaradılıb. Azərbaycan xalqının böyük dövlət və hərbi xadimləri Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai ilə bağlı məlumatlar səsləndirilib. Tələbələr Xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Zəlimxan Yaqubun, Qabilin və digər böyük söz ustadlarımızın tariximizi, milli varlığımızı, azadlıq, müstəqillik duyğularımızı, dövlət rəmzlərimizi, vətənpərvərliyi, qələbəyə olan inamımızı təbliğ edən şeirlərini səsləndiriblər, Qarabağ müharibəsini, Xocalı soyqırımını əks etdirən səhnələr ifa ediblər. Qeyd edilib ki, 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan iki yerə bölünüb. Azərbaycan ərazisində düşünülmüş şəkildə ermənilər məskunlaşdırılıb. Namərd və xain ermənilər isə tarix boyu, xüsusilə də, son iki əsrdə xalqımıza qarşı dəhşətli faciələr, soyqırımları, terror aktları törədib. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin arasında 1918-ci ilin mart hadisələri xüsusi amansızlığı və qəddarlığı ilə seçilir. 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlıların ermənilər tərəfindən kütləvi surətdə qırılması halı baş verib. Belə ki, ermənilər 1918-ci il martın 31-dən aprelin 2-nə qədər Bakıda 17000, Şamaxıda isə 8000-dən çox dinc azərbaycanlı sakini xüsusi qəddarlıqla qətlə yetiriblər. Qətlə yetirilənlərdən 2500 nəfərdən çoxu qadın, 200-ü isə uşaq olub. Bütövlükdə 1918-ci ilin mart hadisələri zamanı ermənilər 50 mindən çox azərbaycanlını öldürüb, 10 mindən çox insanı isə öz yaşayış yerlərini qoyub qaçmağa məcbur ediblər. Erməni vandalistləri eləcə də Qubada, Lənkəranda, Dağlıq Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində 10 minlərlə dinc mülki vətəndaşı qətlə yetiriblər. 10 il bundan öncə aşkar edilmiş Quba Soyqırımı Memorial Xatirə Kompleksi də 1918-ci ildə baş vermiş erməni vəhşiliklərinin əyani sübutudur. Erməni təcavüzkarları bu gün də Azərbaycana qarşı işğalçılıq və terror siyasətini həyata keçirməkdə davam edirlər. 
Digər milli faciələrimiz kimi, ermənilərin öz himayədarlarının köməkliyi ilə 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımına da yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə dolğun və hərtərəfli siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı 690 saylı fərmanla 31 Mart dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, Qarabağ münaqişəsi yalnız xalqımızın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcək. Azərbaycan öz ərazisində “ikinci erməni dövləti”nin yaradılmasına əsla imkan verməyəcək. 
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək belə tədbirlərin tələbə-gənclərin tariximizi dərindən öyrənmələrində, milli ruhda, əsl vətəndaş kimi tərbiyə olunmalarında mühüm rol oynadığını bildirib, tədbirin keçirilməsinə görə müəllim və tələbələrə öz təşəkkürünü bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info