Qustav R Qrob Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Tarix: 30.03.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatının rəhbəri, İsveçrənin Etikanın Universal Məcəlləsinin müəllifi Qustav R Qrob Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib.
 
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
 
“Hörmətli erməni və azərbaycanlı dostlar və bəşər övladları! Əsrlərlə sürən nifrət və müharibələrdən sonra bütün dünyada sülh, tolerantlıq və məhsuldar əməkdaşlığın bərqərar olmasının zamanıdır. Biz dünyanın ən qədim demokratiya quruluşunda belə fərqli dilləri danışan, müxtəlif din və mədəniyyətlərə məxsus adamların sülh və azadlıq şəraitində birgə yaşadığının şahidi olmuşuq. Buna görə də, mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, eləcə də digər beynəlxalq təşkilatların qətnamə və qərarları həyata keçirmək üçün vacib hesab edir. Mən də bu münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərinin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Ermənistan-Azərbaycan Sülh Platforması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün unikal şansdır. Bu səbəbdən məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və  Cənubi Qafqaz regionunda sülhün  bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info