Nazir “AmCham“ üzvləri ilə görüşüb
Tarix: 30.03.2017 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən PwC şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub.
“AmCham”dan verilən məlumata görə, tədbirdə salamlama nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova son və qarşıdan gələn hadisələrdən danışıb, həmçinin Palatanın Vergi və Gömrük və Səyahət, Hotelçilik və Turizm komitələrinə yeni sədrlərin təyinatı barədə elan edib.
Tədbir çərçivəsində PwC şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Olqa Qriqye Avropa və Azərbaycanda iqdisadi vəziyyətlə bağlı məruzə ilə çıxış edib.
A.Rəhimov “AmCham”ın bütün üzvlərinə və qonaqlarına təşəkkürünü bildirib və Azərbaycanda keçiriləcək nəhəng idman tədbirləri - IV İslam Həmrəylik Oyunları və “Formula-1” üzrə Qran-pri yarışlarının növbəti mərhələsindən danışıb. Nazir qeyd edib ki, qarşıdan gələn İslam Həmrəylik Oyunlarında 20 idman növü üzrə 5 min idmançı iştirak edəcək, yarışlar ölkənin 16 idman arenasında keçiriləcək. O deyib ki, beynəlxalq standartlara cavab verən “Atletlər kəndi” idmançıları qəbul etməyə hazırdır: "Əminəm ki, möhtəşəm idman hadisəsinin şahidi olacağıq. Azərbaycan ilk Avropa Oyunları, “Formula-1” üzrə Qran-pri yarışları və digər iri idman tədbirlərini yüksək səviyyədə təşkil etmiş ölkə kimi IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək”.
Nazir onu da vurğulayıb ki, 50 ölkənin iştirak edəcəyi bu Oyunlar Azərbaycan xalqı üçün nəhəng beynəlxalq idman hadisəsinin bir hissəsi olmaq şansıdır. A. Rəhimov xatırladıb ki, Avropa Gimnastika Şurasının İcraiyyə Komitəsinin qərarına əsasən, 2018-ci ildə Azərbaycan batut gimnastikası üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Çıxışının sonunda A. Rəhimov “AmCham”ın üzvlərinə və qonaqlarına bir daha təşəkkürünü bildirib və Palata ilə gələcəkdə də əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
“AmCham” haqqında:
“AmCham” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 250-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info