İrəvanda kütləvi aksiyalar- “Hökumət bilməlidir ki, əhalinin səbir kasası artıq daşıb”
Tarix: 30.03.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “ORO” bloku İrəvanda kütləvi mitinqlər keçirir. Aksiyaya xeyli sayda narazı vətəndaş toplaşıb.
“ORO” blokunun rəhbəri Seyran Ohanyan deyib ki, Ermənistan vətəndaşlarının mövcud rejimə qarşı çıxmaqdan başqa yolu yoxdur. Seçkinin nəticələrini saxtalaşdıracaq hökumətdən cəmiyyətə fayda olmaz. Hakimiyyət sizə özünüzü idarə etmək hüququ verməlidir. Onlar isə bunun əksini edirlər. Bu gün Ermənistanda hökumətə qarşı çıxan hər kəsə qarşı təzyiq var. Görün nə qədər vətəndaşa xəyanət damğası vurularaq həbs olunub.
S.Ohanyan bəyan edib ki, seçkidə məğlub olsalar belə mübarizələrini davam etdirəcəklər. “ORO” blokunun namizədləri də çıxışlarında hakimiyyətin fəaliyyətini tənqid ediblər. Prezident Serj Sarkisyan yalançılıq və soyğunçuluqda ittiham olunub.
“ORO” blokunun təmsilçisi Raffi Ovanisyan bildirib ki, S.Sarkisyanın rəhbərlik etdiyi bu cinayətkar qruplaşma illərdir Ermənistanı talayır. Onlar hakimiyyətdə təmsil olunduqları müddətdə xalqa yalan vəd verməkdən başqa iş görməyiblər. Şöhrət S.Sarkisyanın gözünü o qədər tutub ki, onu bu posta gətirən insanların əksəriyyətini şərləyərək həbs etdirib.
Ölkədəki problemlərdən, daxili və xarici çəkişmələrdən yorulduqlarını bildirən etirazçılar hər kəsi S.Sarkisyan rejiminə qarşı birləşməyə çağırıblar. İrəvan sakinləri deyiblər ki, S.Sarkisyan nə qədər gec deyil istefa verməlidir. Bu hökumət bilməlidir ki, əhalinin səbir kasası artıq daşıb. İllərdir bizi səfil vəziyyətinə qoyublar. İnsan kimi özümüzdən utanırıq. Biz münaqişə, övladlarımızın gənc yaşlarında ölməsini istəmirik.
Mərkəzi meydanda keçirilən mitinq yürüşlə davam edib. Aksiya iştirakçıları siyasi məhbusların azadlığa buraxılması tələbini də irəli sürüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info