Mayonezi necə seçməli?
Tarix: 16.04.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Mayonez bitki yağı əsasında hazırlanan yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Orta hesabla tərkibində 67% yağ, 25% su, 3,1% zülal, 2,6% karbohidratlar, 0,6% üzvi turşular və 1,4% mineral maddələr var. Tərkibi D, C, E, və s. vitaminlərlə zəngindir.
Mayonezlər sanitar-bakterioloji nəzarətin qaydalarını gözləməklə texnoloji sənədlərə uyğun, texniki göstəriciləri göstərilməklə standartın tələblərinə uyğun hazırlanmalıdırlar. Toksik elementlərin, aflotoksinlərin, pestisidlərin miqdarı normadan artıq olmamalıdır. İstehsalında istifadə olunan xammalın keyfiyyəti isə zəruri tələblər səviyyəsində olmalıdır.
Mayonez istehsalında saflaşdırılmış bitki yağı, yumurta tozu, quru süd, xardal, duz, sirkə və müxtəlif dad və ətirverici maddələrdən istifadə edilir. Bu məhsul əsas etibarilə dad və həzmi yaxşılaşdırmaq üçün əlavə kimi tətbiq olunur.
Mayonezlər əsas xammal komponentlərinə, əlavələrinə, təyinatına və konsistensiyasına görə təsnifləşdirilə bilər. İstifadə olunmasına görə isə iki qrupa, qəlyanaltı və desert mayonezlərə bölünür.
Mayonezin keyfiyyətinin qiymətləndirilməsi üçün onun orqanoleptiki göstəricilərinə, dadı, iyi, rəngi, konsistensiyası və xarici görünüşünə diqqət etmək vacibdir.
Mayonezin dadı və iyi zəif, bir qədər tünd, turşməzə olub acı olmamalıdır. Əlavələrin kəskin iyi və dadı hiss olunmamalıdır. Qara və qırmızı istiot əlavəli mayonezlər istiot iyi və dadı verirlər. Mayonezin rəngi çeşidindən asılı olaraq açıq-kremvaridən sarımtıl-kremvari rəngə qədər bircinsli olmalıdır. Konsistensiyası isə çeşidindən asılı olaraq duru, qatı, pastavari ola bilər.
Qablaşdırılması, saxlanılması və daşınması mayonezin keyfiyyətinə təsir göstərən əsas amillərdəndir. Qablaşdırılması sanitariya və standartların və ya texniki şərtlərin tələblərinə uyğun olmalı, daşınma və saxlama zamanı məhsulun təhlükəsizliyi təmin olunmalıdır. 0C-dən aşağı olmayan temperaturda məhsul daşınarkən üzəri təmiz brezentlə örtülmüş üstü açıq avtomobillərdən istifadəyə icazə verilir.
Mayonez quru, şəffaf, şüşə bankalara qablaşdırılır. Bu bankaların tutumu əsasən 100-250 qr. arasında dəyişir. Şüşə bankaların üstü normativ-texniki sənəd əsasında dəmir və ya alüminiumdan hazırlanmış metal qapaqlarla bağlanır. Məhsulun istehsal tarixi (gün, ay) isə şüşəli qaba doldurulan zaman qapağına, polimer qaba doldurulan zaman isə üzərinə vurulur. Qablaşdırılarkən bəzən polimer materialdan hazırlanmış stəkan və paketlərdən istifadə edilir.
Mayonez qablaşdırılan taralar müvafiq qaydada markalanır. Markalanmasında istehsalçının adı və ünvanı, məhsulun çeşidi (adı), istehsal tarixi, xalis çəkisi, saxlanma müddəti, istifadə olunan xammal haqqında məlumat, kaloriliyi, tərkibi və qidalılıq dəyəri, standartın nömrəsi və s. qeyd olunur.
Mayonezlər soyuducularda 0 C, 18 ?C temperaturda saxlanmalıdır. Ən optimal temperatur isə 5 C hesab olunur. Havanın nisbi rütubəti 75%-dən çox olmamalıdır. Mayonezin saxlanılma müddətini uzatmaq və davamlılığını artırmaq məqsədilə ona ferment preparatları əlavə edilir. Belə mayonezin saxlanılma müddəti 6 aydır. Xüsusi stabilləşdiricilər və konservant əlavəli mayonezləri 1 ilə qədər saxlamaq olar. Onların açıq günəş altında saxlanılması yolverilməzdir.
Təqdim etdi:
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info