Ər-Riyadda qurulan Azərbaycan stendi maraqla qarşılanıb
Tarix: 30.03.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Ər-Riyaddakı Kral Feysəl məktəbində “IX Beynəlxalq Gün” adlı ənənəvi illik tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının dövlət qurumlarının, 40-a yaxın xarici ölkənin diplomatik nümayəndəliklərinin təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycanı bu ölkədəki səfirliyimiz təmsil edib.
Builki “IX Beynəlxalq Gün”də də iştirak edən səfirliklər ölkələri haqqında materialları təqdim etmələri üçün masa və stendlərlə təmin edilib, həmçinin məktəbdə oxuyan şagirdlər prosesə cəlb olunublar.
Azərbaycan üçün ayrılan stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və digər sahələri əks etdirən kitab, buklet, broşür, suvenir, milli geyimlər, habelə Azərbaycanın ən məşhur yerlərini, təbiətini və Bakının müasir görkəmini əks etdirən fotostendlər quraşdırılıb. Tədbir çərçivəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan sosial-iqtisadi nailiyyətləri barədə sənədli film göstərilib. Cari ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şagird, tələbə və tədbir iştirakçıları arasında təşviqat işləri aparılıb.
Təşkilat Komitəsi ölkəmizin festivalda iştirakından məmnunluğunu bildirilib.
Tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info